No Image
No Image

Dolların avroya qarşı məzənnəsi artır

Dolların avroya qarşı məzənnəsi artır
ABŞ dollarının məzənnəsi bu gün axşam hərraclarında bir qədər artıb.

Sfera.az xəbər verir ki, Bakı vaxtı ilə saat 18.33-ə olan vəziyyətə görə, avronun dollara qarşı məzənnəsi 1,1812-dən 1,1805-dək azalıb. Eyni zamanda dolların yenə qarşı məzənnəsi 109,86-dan 110,14-dək artıb. Həmçinin ABŞ-ın 6 başlıca ticarət tərəfdaşı ölkəsinin valyutalarına nisbəti əks etdirən dolalrın indeksi də 0,1 faiz artaraq 92,72 bəndə çatıb.

Dolları gücləndirən amillər arasında ABŞ-a aid statistik məlumatlar, o cümlədən pərakəndə ticarət həcminin ötən ay ərzində gözlənilən 0,4 faiz azalmasına qarşı 0,6 faiz artması göstərilir. Bununla yanaşı, ev təsərrüfatlarının ölkə iqtisadiyyatına etimadını əks etdirən göstərici sayılan Miçiqan İstehlakçı Qiymətləri İndeksi (MCSI – Michigan Consumer Sentiment Index) bu ay gözlənildiyi kimi 85,5-dən 86,5 bəndə yüksəlmək əvəzinə 80,8 bəndə geriləyib.

Bununla yanaşı, avrozonada inflasiya həddi iyun ayı ərzində gözləntilərə uyğun olaraq 2 faizdən 1,9 faizədək azalıb, ticarət balansının qalığı isə may ayında 10,9 milyard avrodan gözlənilmədən 7,5 milyard avroyadək azalıb.

Bundan əlavə, iqtisadiyyata dövlət dəstəyini azaltmaq üçün məşğulluq və inflyasiya ilə bağlı kifayət qədər irəliləyişin olmamasına dair FED rəhbəri Cerom Pauelin açıqlaması monetarist siyasətinin sərtləşəcəyinə dair şübhələri dəf edib. // "Report"

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Buğda ilə özünütəminetmə pisləşib – Statistika nə deyir?

2020-ci ildə Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi 57,1 faizə geriləyib. Bu göstərici 2019-cu ildə 57,2 faiz, 2018-ci ildə 64,8 faiz idi.   ...

Azərbaycanda “yaşıl kredit”lər niyə yoxdur? - Açıqlama

Dünyanın bir çox ölkəsində banklar "yaşıl kredit” məhsullarını təklif edir. Açıqlanan məlumatlar göstərir ki, "yaşıl kredit”lərə tələb böyükdür və ildən-ilə b...

ABB-dən milli paralimpiya komandasına dəstək!

Ölkəmizdə idmanın inkişafına dəstək verən ABB Tokio Yay Paralimpiya oyunlarında Azərbaycan milli komandasının maliyyə tərəfdaşı kimi çıxış edir.   ...

340 min qanunsuz evə "kupça" veriləcək – Sənədləşmə bu ərazidən başlayacaq

Qanunsuz evlərin sənədləşdirilməsi prosesinə Abşeron rayonundan başlanılacaq. Sfera.az bildirir ki, hökumət əhalinin səbirsizliklə gözlədiyi bu qərarı ya...

“Aİ-95” markalı benzin ucuzlaşacaq – Bu tarixdən sonra...

Azərbaycanda "Aİ-95” markalı avtomobil benzininə tələbin artması müşahidə edilir. Bununla əlaqədar olaraq son illərdə ölkəmizə daha çox "Aİ-95” benzini idxal ol...

“Aİ-98” markalı benzinin bahalaşması nə ilə nəticələnək? - İZAH

2021-ci ilin avqustun 1-dən Azərbaycanda "Aİ-98” markalı avtomobil benzinin 1 litrinin pərakəndə satış qiyməti 5 qəpik artırılaraq 1,6 manata çatdırılıb. ...