Məşhur aktyorun fanatlarından Azərbaycana dəstək

Məşhur aktyorun fanatlarından Azərbaycana dəstək

Pakistan Baş naziri 18 oktyabr Müstəqillik Günü münasibətilə tvit paylaşıb. 

 
Sfera.az bildirir ki, bu tvitin altındakı şərhlərdən biri xüsusi diqqət çəkib. Belə ki, Engin Altan Düzyatan adlı hesab "Qarabağ Azərbaycanındır, Kəşmir Pakistanındır, Türkiyə hər ikinizin yanındadır”, şərhini yazıb. 

Lakin bu hesabın "Diriliş Ertuğrul” serialının məşhur aktyoru Engin Altan Düzyatana aid olmadığı anlaşılıb. Belə ki, həmin hesab aktyorun fanatları tərəfindən açılıb. Hesabda məşhur aktyorun rəsmi hesabındakı profil və "cover" fotosu ilə eyni fotolardan istifadə edilsə də, məlumat hissəsində fanatlar tərəfindən yaradıldığı barədə məlumat yerləşdirilib.

Xatırladaq ki, Engin Altan Düzyatan indiyə qədər 31 serial,17 filmdə rol alıb. "Diriliş Ertuğrul”da Ertuğrul Qazi obrazı ilə nəinki Türkiyə, bir çox ölkələrdə, hətta Azərbaycanda da geniş tamaşaçı sevgisi qazanıb.





Jalə Mehdi


OXŞAR XƏBƏRLƏR