Diqqət! Bu xərçəngə səbəb olur

Diqqət! Bu xərçəngə səbəb olur

Paltarlarınızı əsla evdə qurutmayın.

Paltarlarınızı evdə, qızdırıcıların üzərində və digər asqılardan istifadə edərək qurudursuzsa, bu sizin sağlamlığınızı böyük təhlükə altına alır. Belə ki, belə mühitlərdə olmaq ağ ciyə xərçənginin yaranmasına zəmin yaradır. İngiltərəli elm adamlarının araşdırmalarına görə paltarları evdə qurudan ailələrdə, havaya əsasən immunitet sistemlərində zəifləmə, astma, nəfəs darlığı kimi xəstəliklər müşahidə edilmişdir. Qadinklubu.com araşdırmaların nəticələrini sizlərlə paylaşır.
Mütəxəssislər paltarları evdə qurutmağa qarşı xəbərdarlıq etdi. Paltarları otaqda qurutmağın ağciyər xəstəliklərinə yol açdığını söyləyən mütəxəssislər, köhnə üsullarla yəni paltarları balkona asaraq qurutmağın ən doğrusu olduğunu söylədilər.

Nəmli mühit ölümcül ağciyər xəstəliklərinə yol aça bilir.

Məsələn, paltarlarınızı qızıdırıcının üzərində qurudursunuzsa, otaqdakı nəm miqdarını yüzdə 30 nisbətində artırmış olursunuz. bu da havadakı kif, göbələk və müxtəlif mikro-orqanizmlərin xəstəlik yaradacaq ölçüdə çoxalmasına zəmin hazırlayır. Paltarlar quruyarkən üzərlərindəki su molekulları buxarlanaraq havanı nəmləndirir və beləliklə otaq nəmli bir hala gəlir. İmmunitet sisteminə təsir edən astma, öskürək və nəfəs darlığı kimi xəstəliklər adətən belə mühitlərdə meydana gəlir. Bu vəziyyət daha irəliləyən mərhələlərdə aspergillus adı verilən bir xəstəliyə çevrilir.
Aspergillus adlı bir növ kif göbələyinin ağciyərlərə yerləşməsidir. Hansı ki, bu xəstəlik, yüksək temperatur, öskürək, sinə ağrısı və nəfəs tıxanması kimi çox ağır əlamətlərlə özünü büruzə verərək, sonunda ölümcül belə ola bilir. İngiltərə elm adamları "Bir paltar yuyan maşında yuyulmuş paltarlarda təxminən iki litr su vardır. Bu paltarları otağa asdıqda bu iki litrlik su nəfəs aldığınız havaya yayılır. Biz gözlə görməsək də bu vəziyyət xəstəliyə səbəb olan göbələklərin həddindən artıq miqdarda artmasına səbəb olur. Nəmli mühit immunitet sistemimizə mənfi təsir edir, xüsusilə immunitet sistemi zəif olan insanların bu xəstəliyə tutulma riski artır "deyir.
Paltarlarınızı köhnə üsullarla qurudun. Açıq havada quruyan paltarlar həm paltarlar həm də sağlamlığınız üçün ən məsləhətli və faydalı seçimdir.


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...