Dini təhsil almaq istəyənlər ölkədən kənara üz tutur... - Təhlükəli tendensiyanın qarşısı necə alına bilər?

Dini təhsil almaq istəyənlər ölkədən kənara üz tutur... - Təhlükəli tendensiyanın qarşısı necə alına bilər?
"Azərbaycanda ilahiyyat təhsili verən Bakı İslam Universiteti və İlahiyyat İnstitutu kimi ali təhsil ocaqları var. Amma bu ali təhsil müəssisələrinə qəbul imtahanlarında az bal toplayan şəxslər daxil olduğu üçün müəyyən problemlər yaşanır”.
 
Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
 
Müsahibimiz bildirib ki, son 25 ildə yüzlərlə şəxs Səudiyyə Ərəbistanında, minlərlə gənc İranda, bundan əlavə çoxlu sayda vətəndaşımız Suriya, Misir, Liviya, Pakistan, Malayziya, Rusiya (Dağıstan) və Türkiyədə dini təhsil alıb:

"Xaricdə təhsil alanların ölkədə təhsil alanların sayından xeyli çox olması dini təhsil sahəsində mövcud və potensial problemlərin miqyasından xəbər verir. Vətəndaşlarımızın qeyd edilən müsəlman ölkələrində dini təhsil almalarını Azərbaycanda oturuşmuş din təhsilinin olmaması ilə əlaqələndirmək də olar. Üstəgəl, vaxtilə Azərbaycanda xarizmatik din xadimlərinin olmaması, dini bilgi verən institutların qıtlığı da buna təsir edir”.

Ekspert qeyd edib ki, xaricdən gələn təhlükələrin qarşısını almaq üçün İlahiyyat institutunda dini təhsil almış vətəndaşlarımıza təkcə dini biliklər verilmir, Azərbaycanın tarixi, mədəniyyəti, tarixi coğrafiyası, Azərbaycan xalqının etnogenezi barədə dövlətin maraqlarına uyğun məlumatlar da aşılanır:

"Hesab edirəm ki, ölkədə fəaliyət göstərən dini ali və orta ixtisas təhsili müəssisələrində məqsəd məzunların əxlaqı, mənəviyyatı təbliğ edən din xadimi kimi yetişməsini təmin etməkdir və buna müəyyən qədər nail olunub. Amma bu müddət ərzində daha çox kişi ali və orta ixtisas təhsilli kadrlar yetişdirilib. Qadınlar arasında da savadlı, zəngin dünyagörüşlü, dərin dini və dünyəvi biliklərə malik ilahiyyatçıların yetişdirilməsinə ehtiyac var”.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür

Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd olunur. Sfera.az-ın  məlumatına görə, 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başl...

Təbii qaz üzrə tariflərin dəyişdirilməsini zəruri edən səbəblər hansılardır?

Azərbaycanda təbii qazın tarif qiymətlərinin dəyişdirilməsi zərurətini yaradan müxtəlif daxili və xarici səbəblər mövcuddur. Sfera.az xəbər verir ki, ötən...

18 oktyabr iş günüdür - RƏSMİ

Xəbər verdiyimiz kimi, Milli Məclisdə "Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olunub. Prezident İlham Əliyev Müstəqillik Günü haqqında Qanunu təsdiqləy...

Müdafiə Nazirliyi açıqlama yaydı

"Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uy...

Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də artdı - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1448 yeni yoluxma faktı qeydə alınıb, 847 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Oper...

Dəhşətli qəzanın günahkarı kimdir? - VİDEO

Ötən gün Bakıda səhər saatlarında sərnişin avtobusu və yük maşının iştirakı ilə baş verən və 5 nəfərin ölümünə səbəb olan qəzayla bağlı müzakirələr davam edir. ...