DİN-dən toylarla bağlı AÇIQLAMA: \"Restoranların fəaliyyətinə icazə verilməsi...\"

DİN-dən toylarla bağlı AÇIQLAMA: \
Daxili İşlər Nazirliyi növbəti dəfə restoranlarda toy keçirilməsinə şərait yaradılması haqda məsələyə münasibət bildirib.

Sfera.az xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında bildirib ki, kütləvi mərasimlərdə risk təhlükəsi daha yüksəkdir:

"Heç bir halda toy mərasimi təşkil etmək olmaz. Çünki restoranlarda müxtəlif təbəqələrin, müxtəlif ailələrin üzvləri olur.

Toyların keçirilməsinə cəhdlərlə bağlı faktların özü də göstərir ki, bu mərasimlərdə aktiv koronavirus xəstələri aşkarlanır. Vətəndaş nə qədər məsuliyyətsiz olmalıdır ki, bu tədbirləri keçirməyə cəhd etsin.

Restoranların fəaliyyətinə icazə verilməsi o demək deyil ki, toy mərasimləri keçirilə bilər. Bu mərasimlər həm hüquqi, həm də tibbi nöqteyi nəzərdən təhlükə mənbəyidir.

Dövlət vətəndaşların şad gününün keçirilməməsində maraqlı deyil. Dövlət burada vəsait itirir, sahibkarlar əziyyət çəkir. Dövlətin ali məqsədi vətəndaşın sağlamlığını qorumaqdır və hər bir vətəndaş da bu prosesə öz töhfəsini verməlidir”.


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...