DİN-dən İlkin Süleymanovun istefa verən polis əmisi oğlu ilə bağlı AÇIQLAMA

DİN-dən İlkin Süleymanovun istefa verən polis əmisi oğlu ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanovun işdən uzaqlaşdırılması və şərlənməsi ilə bağlı məsələyə münasibət bildirib.

Sfera.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.Az-a açıqlamasında bildirib ki, cinayətdə şübhəli bilinən şəxsin qohumunun harada işləməsinin məsələyə heç bir aidiyyəti yoxdur:


"Həmin şəxs düz danışmır. O, bəlkə də, polis işlədiyi üçün əmisi oğlunun bu cür ağır cinayətdə şübhəli bilinərək saxlanmasından utanıb, xəcalətindən bu addımı atır və məsələni başqa tərəfə yönəldir. Guya o inciyir ki, daxili işlər orqanının əməkdaşı olduğuna görə cinayətdə şübhəli bilinən əmisi oğluna güzəşt olunmur.

Amma həmin şəxs unudur ki, ağır cinayət törətməkdə şübhəli bilinən şəxsin qohumunun harada işləməsinin, hansı mövqedə olmasının məsələyə heç bir aidiyyəti yoxdur. Qanun hamı üçün eynidir. Burada da heç kimə güzəşt olunmur. Şəxs ağır cinayətdə şübhəli bilinib və saxlanılıbsa, qanunun tələblərinə uyğun istintaq, əməliyyat tədbirləri həyata keçirilir”.

"M.Süleymanovun daxili işlər orqanında istefa ərizəsi olmur, raport yazılır. O da raport yazıb işdən getmək istəyirsə, baxılar və müvafiq qərar qəbul edilər”, - deyə E. Zahidov qeyd edib.

Qeyd edək ki,Tovuz rayonunun Dondar-Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində şübhəli bilinən İlkin Süleymanovun polis əməkdaşı olan əmisi oğlu Murad Süleymanov "Kanal 13”ə müsahibəsində bildirib ki, "polis əməkdaşı kimi hörmət qoyulmadığı üçün” işdən çıxması üçün ərizə yazıb.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...