DİN: "Biləsuvarda yolu kəsməyə cəhd edən şəxslər saxlanılıb"

DİN:
Biləsuvar rayonunda bir qrup yerli sakin su problemi ilə əlaqədar olaraq bu gün rayon icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayevin Sfera.az-ın Muğan bürosuna verdiyi məlumata görə, rayonun Yuxarı Cürəli və Təzəkənd kənd sakinləri icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa cəhd edərək, nəqliyyatın hərəkətinə mane yaradıblar.

Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları onlara bununla bağlı xəbərdarlıq edib. Xəbərdarlığlara riayət etməyən və ictimai asayişi pozan bir neçə rayon sakini polis şöbəsinə gətirilib.

Digər sakinlər isə problemlə əlaqədar olaraq rayon İcra Hakimiyyətinin başçısı və adiyyatı qurumların rəhbərləri tərəfindən qəbul edilib.

Onların şikayətləri dinlənilib və problemlərinin həlli istiqamətində tədbirlər görülür.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda mənzildən kişi meyiti tapıldı

Bakının Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Sfera.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin "112" qay...

Narkotik qəbul edərək taksi sürən şəxs tutuldu

Yasamal rayonunda narkotik vasitələrdən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən mə...

Azərbaycanda iki polis narkotikə görə həbs edilib? - AÇIQLAMA

Bəzi xəbər saytlarında Quba rayon ərazisində narkotik maddə plantasiyası zamanı saxlanılan iki polis əməkdaşının saxlanıldığı iddia edilib. Bildirilib ki,...

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. Sfera.az Maqsud Mahmudovun Azərbaycana deportasiya e...

Pərviz Həşimidən MTN-lə bağlı AÇIQLAMA: "Məni və naziri şərləmişdilər"

"2013-cü ilin bu günü Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq tərəfindən dövlət adına cinayət törədildi, şərlənərək həbs olundum və xüsusi amansızlıqla...

Azərbaycanlı qadın qonaq getdiyi evdə öldürüldü, ev sahibi isə... - Türkiyədə tükürpədən hadisə

Türkiyədə azərbaycanlı qadın qonaq getdiyi evdə öldürülüb.   Sfera.az bildirir ki, hadisə Nevşehir vilayətinin Avanos bölgəsində qeydə alınıb....