DİM bu bakalavrlara müraciət etdi

DİM bu bakalavrlara müraciət etdi
Dövlət İmtahan Mərkəzi 2017-ci il və daha sonrakı illərdə bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərə müraciət edib.

Dövlət İmtahan Mərkəzindən Sfera.az-a verilən məlumata görə. 2019-cu ildən etibarən Dövlət İmtahan Mərkəzi bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin "Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya etmişdir.

Bu xidmət vasitəsilə abituriyentlər 2020-ci və 2019-cu ildə iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə etmək imkanına malik idilər.

Dövlət İmtahan Mərkəzi tərəfindən istifadəçilərin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması, məlumatın sərbəst əldə edilməsinin təmin olunması, eləcə də koronavirus pandemiyası ilə əlaqədar ölkədə və dünyada tətbiq olunan məhdudiyyətlər nəzərə alınaraq bu xidmətin imkanları daha da genişləndirilmişdir. Belə ki, artıq 2018-ci və 2017-ci illərdə qəbul imtahanı verən abituriyentlər də qeyd olunan elektron xidmət vasitəsilə nəticələri haqqında arayış əldə edə bilərlər.

Hər bir arayışda qeyd olunan məlumatlarla yanaşı "unikal kod” da verilir. Arayışda göstərilən "unikal kod” vasitəsilə həmin arayışın həqiqiliyini yoxlamaq mümkündür.

İmtahan nəticələri ilə bağlı arayışı tələb edən təşkilatlar hər bir arayışın üzərində olan "unikal kod”u aşağıdakı linkdə müvafiq xanaya daxil etməklə məlumatların həqiqiliyini elektron qaydada özləri yoxlaya bilərlər.

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...