Zakir Həsənov Pakistan tərəfinəBAŞSAĞLIĞI VERDİ


Zakir Həsənov Pakistan tərəfinəBAŞSAĞLIĞI VERDİ
Kateqoriya məlum deyil13.09.25, 17:398 👁️
T

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzaya başsağlığı ünvanlayıb.

Sfera.az  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Başsağlığında deyilir:

"Pakistanın şimal-qərb bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Pakistan Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusunun şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.
 

Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan səbir diləyirik

Yaralananların tezliklə sağalmalarını arzu edirik.


Allah rəhmət eləsin".

Xatırladaq ki, Pakistanın şimal-qərbində "Təhriki Talibani Pakistan" qruplaşmasının qurduğu pusquda ölkənin 12 təhlükəsizlik əməkdaşı həlak olub.

PAYLAŞ
Sehliyali
Yüklənir...