Deputatdan etiraz: “Niyə vətəndaş adi vəsiqə almaq üçün 40 manat ödəməlidir?”

Deputatdan etiraz: “Niyə vətəndaş adi vəsiqə almaq üçün 40 manat ödəməlidir?”
Deputat, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında dövlət rüsumları ilə bağlı qaydalardan danışdı.

Sfera.az xəbər verir ki. deputat bildirib ki, Azərbaycanın vətəndaşları dövlətin idarəetmə xərclərini, vergi ödəmələrini üzərlərinə götürüblər. Həmçinin dövlət orqanının xərcləri də büdcə tərəfindən qarşılanır:
 
"Belə olduğu halda vətəndaş hər hansı bir sənəd üçün müraciət edəndə deyirlər ki, filan qədər rüsum ödə! Onda belə çıxır ki, dövlət orqanları faktiki olaraq pullu xidmət göstərirlər. Axı, vətəndaş vergi ödəyir, dövlət orqanını saxlayır, dövlət orqanının xərclərini də öz üzərinə götürüb. Niyə vətəndaş, məsələn, adi vəsiqə almaq üçün 40 manat ödəməlidir? 40 manat az vəsait deyil. Əgər vətəndaş vəsiqəni itiribsə, yaxud onun günahı ucbatından vəsiqə korlanıbsa, o zaman vəsiqənin dəyişdirilməsi üçün rüsum ödəsin. Amma kimsə şəxsiyyət vəsiqəsi alırsa, yaxud vəsiqəni vaxtı bitdiyi üçün dəyişdirirsə, niyə pul ödəməlidir?”

Q.Həsənquliyev qanunvericiliyə yenidən baxılmasını təklif edib "Hesab edirəm ki, biz, bu məsələyə fundamental, köklü şəkildə yenidən baxmalıyıq. Onsuz da müəyyən təbəqədən olan insanların sosial vəziyyəti o qədər də yaxşı deyil. Bunlar da hər arayışa görə əlavə rüsum ödəyir. Onları bu rüsumdan azad etmək lazımdır. Nazirlər Kabinetində bu məsələ müzakirə olunmalı, bu formada vətəndaşlardan təkrar pul yığılmasına son qoyulmalıdır”.
 
(Musavat.com)

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...