No Image

Deputat: “Təlimlər bölgədə yeni təhlükəsizlik sisteminin yaranmasına xidmət edir” - MÜSAHİBƏ

Deputat: “Təlimlər bölgədə yeni təhlükəsizlik sisteminin yaranmasına xidmət edir” - MÜSAHİBƏ
 

İyulun 29-dan başlayan Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimləri davam edir.

Plana uyğun olaraq, bu gün genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub. Təlimlərin bu mərhələsində bölmələr silah və zirehli texnikanın tətbiqi ilə müxtəlif relyefli ərazilərdən keçməklə əks-hücum əməliyyatının təşkili və keçirilməsi, şərti düşmənin canlı qüvvəsi və döyüş texnikasına qabaqlayıcı zərbələrin endirilməsi, həmçinin strateji cəhətdən əlverişli rayon və hədlərin azad edilməsi üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Bölmələr döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş tapşırıqları uğurla icra ediblər.

İki ölkə arasındakı hərbi əməkdaşlıq çərçivəsində keçirilən təlimlər haqqında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "MediaPost”un suallarını cavablandırıb. 

- Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin məqsədi nədir?

- Azərbaycan-Türkiyə birgə təlimləri bölgədə sabitlik, sülh və böyük layihələrin təhlükəsizliyini təmin edir. Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində ənənəvi olaraq, Azərbaycan Ordusunun təlimləri keçirilir. Azərbaycan və Türkiyə bu istiqamətdə növbəti təlimlərini davam etdirir. Bu təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə əməkdaşlığını artırmaq, təhlükəsizlik sistemini formalaşdırmaq, bölgədə stabilliyi, sülhü təmin etməkdir. Bundan narahat olan təcavüzkar ermənilər öz müttəfiqlərini də etiraza cəlb etməyə çalışaraq dünyada bu təlimlərlə bağlı ağlasığmaz yalanlar, böhtanlar yayırlar. Azərbaycan və Türkiyə dövlətlərinin "bir millət, iki dövlət” düsturu ilə çoxşaxəli əməkdaşlığı təbii olaraq təhlükəsizlik sistemini də inkişaf etdirməlidir. Çünki bizim həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri təkcə iki ölkəni deyil, Avropa Birliyini, dünyanı bu prosesdə iştirakçı olmağa sövq edir. Yaratdığımız sistem böyük ölkələr üçün əhəmiyyətli olduğuna görə onlar da bu prosesin təhlükəsizliyini təmin etməkdə maraqlıdırlar. NATO-nun cənubda əsas qüvvəsi olan Türkiyə ilə Azərbaycanın əməkdaşlığını təbii hesab edirəm. Bu təlimlər də əməkdaşlığın tərkib hissəsidir. Burada söhbət terrorçuluğun qarşısını almaqdan gedir. Bu proses davam edəcək və daha da güclənəcək. Tovuz hadisələri də göstərdi ki, təxribatın məqsədi yaratdığımız sistemə qarşı hücumdan ibarətdir. Azərbaycan Ordusu bu təxribatın qarşısını aldı. Lakin hər an təxribat təkrarlana bilər. Ona görə də təhlükəsizlik sistemini formalaşdırarkən belə təlimlərə böyük ehtiyac olur.

- Gələcəkdə münaqişənin həlli müharibədən keçərsə, Türkiyə Azərbaycana hərbi dəstək göstərə bilərmi?

- Bəli, əlbəttə. İndi dünyada 1990-cı illərin əvvəllərindəki pərakəndəlik yoxdur. Bu gün artıq dünya silahlı münaqişələrə həssas yanaşır. Mənə elə gəlir ki, Azərbaycan da son vaxtlar öz imkanlarını genişləndirib, həqiqətlərini dünyaya çatdırmaqda böyük uğurlar əldə edib. Bununla yanaşı, Azərbaycanı dəstəkləyən qüvvələrin də sayı artıb. 

- Daha dəqiq desək, söhbət hansı qüvvələrdən gedir?

- Böyük Britaniya, İtaliya, İsrail və yaratdığımız sistemdən faydalanan bir sıra dövlətləri deyə bilərik. Bu proses ciddi nəzarətdədir. İsrail enerjisinin böyük bir hissəsini Azərbaycanın yaratdığı sistem təmin edir. Azərbaycan-İsrail əməkdaşlığı da məhz sülhə, təhlükəsizliyə yönəlib. Bu da təbii olaraq təcavüzkar erməni tərəfini qıcıqlandırır.

- Müharibə şəraitində hərbi əməkdaşlıq etdiyimiz hansı dövlətlər bizə hərbi dəstək göstərə bilər?

- Türkiyə ilə əməkdaşlığımız iki amilə əsaslanır. Birinci amil milli mənsubiyyət bağlılığına görədir. İkinci amil isə bizim çox ciddi yeni strateji sistem formalaşdırmağımızla əlaqəlidir. Söhbət nəqliyyat, optik informasiya dəhlizindən gedir. Mən əminəm ki, bu prosesdə maraqlı olan dövlətlər Azərbaycana dəstək olacaq. 

- Beynəlxalq qurumlar necə, onlardan hansı mövqeyi gözləyə bilərik?

- Azərbaycan haqlı olaraq ATƏT-dən, BMT-dən və digər beynəlxalq təşkilatlardan hüququn aliliyini istəyir. Axı hüququn aliliyini bərqərar etmək üçün Avropa Parlamentinin, Avropa Şurasının Parlament Assambleyasının sənədləri var. Lakin illərdir BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri icra olunmur. Düşünürəm ki, təcavüzkarlara qarşı müvafiq sanksiyalar, təzyiq mexanizmləri tətbiq etmək lazımdır. Bu sanksiyalar olmadığı halda, münaqişənin sülh yolu ilə həlli mümkün olmur. Digər ölkələrin nümunələrində belə halları görürük. Bu hal Ermənistan üçün də keçərli olmalıdır. 

OXŞAR XƏBƏRLƏR

Eros Ramozotti azərbaycanlı jurnalistə müsahibə verdi

 "Uşaqlarım mənim əsas ilham mənbəyimdir” "Həyatda təəssüflə yaşamamalıyıq, hər zaman inam və ümidlə  gələcəyə baxmalıyıq” "Azərbaycanı ...

Bakı şəhərinin təhsil şefi yeni qaydalarla bağlı müsahibə verdi

Sfera.az "Qafqazinfo”-ya istinadla Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin müsahibəsini təqdim edir: - Bütün suallara, hamını düşündürən pand...

"Mənə bir gündə neçə dəfə təcavüz edirdilər" - TÜKÜRPƏDƏN MÜSAHİBƏ - VİDEO

  Tanınmış teleaparıcı Ramal Hüseynov yeni sosial layihə ilə gündəmə gəlib Uzun illər ölkənin müxtəlif televiziyalarında bir çox verilişlərin aparıcısı o...

Şair Ramaldanov: Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə tam qadirdir

  Son illər Azərbaycan Ordusunda ciddi islahatlar həyata keçirilməkdədir. Maddi-texniki bazası gücləndirilən Ordumuz ən müasir silahlarla təchiz olunur, d...

Bəhruz Məhərrəmov: "Azərbaycanda rüşvət verən əllər kəsilməlidir" - MÜSAHİBƏ

  Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məhərrəmov KONKRET.az-ın suallarını cavablandırıb. – Bəhruz bəy, bilirsiniz ki,...

“Gecə saat 2-də zəng gəldi…” - Ölümqabağı Yaşar Nurinin xanımına SON SÖZÜ — MÜSAHİBƏ

Bu gün xalq artisti, adını milli kino və teatrımıza əbədi həkk edən əvəzolunmaz aktyor Yaşar Nurinin doğum günüdür. Sfera.az aktyorun ömür-gün yoldaşı Rəh...