Deputat Elçibəyin oğlunu tənqid edənlərə od püskürdü: \"Axmaq sürüsü...\"

Deputat Elçibəyin oğlunu tənqid edənlərə od püskürdü: \
Milli Məclisin deputatı Fazil Mustafa bir qrup şəxsləri sərt tənqid edib.
 
Sfera.az bildirir ki, millət vəkili Xalq artisti Flora Kərimovanın "artıq Şuşanın azad olunmasından sonra müxalifətçiliyin dozasını bir az aşağı salmaq və Qarabağ məsələsində iqtidara dəstək vermək lazımdır" təxmini fikirlərinə diqqət çəkərək, onun yanaşmasının doğru olduğunu deyib:

"İqtidara dəstəyi kimə qarşı verirsən? Əlbəttə, erməniyə qarşı. İstəmirsiniz erməniyə qarşı iqtidar bundan sonra da uğur qazansın? Bir qrup axmaq var ki, öz dəyişməzliyini əqidə deyə tələffüz edir. Demək ki, bu iqtidarın iradəsi ilə Azərbaycanın suverenliyi Xankəndində də bərpa olunsa, yenə də deyəcəklər ki, niyə Xankəndinə antidemokratik yolla girmisiniz?  Adam tanıyıram  bağırırdı ki, kim Şuşanı qaytarsa, gedib ayağından öpəcəm. İndi az qalır ayağını gözə soxsun ki, bəs Xankəndini ermənidə saxlamaq xəyanətdir. 

İndiyədək böyük sənətçi Flora Kərimovanın cəsarətlə söylədiklərinin bir cümləsini qorxudan deyə bilməyənlər, başlayıb ondan cəsarət tələb edirlər. Sənət adamı doğru mövqe ifadə edib, işğal olunmuş ərziləri azad etmiş iqtidarı bu işi sona çatdırmaq üçün dəstəkləmək lazımdır. Biz bu gün cəmiyyətimizin bəlası olun korrupsiyanı da, ədalətsizliyi də, inhisarçılığı da, haqsız rəqabəti də öz imkanlarımızla ortadan qaldıra bilərdik, ancaq Şuşaya yenidən qayıdışı gerçəkləşdirmək bir möcüzə idi, tarixi şansı bir anı doğru seçərək dəyərləndirmək lazım gəlirdi. Məhz o anda çevik davranışımızla bu möcüzəni gerçəkləşdirdik. Açılacaq, Zəngəzur da, Turan yolu da. Xankəndində də dalğalanacaq bayrağımız. Ağıllanacaqsınızmı? Bax, bu möcüzəyə inana bilmirəm”.

F.Mustafa həmçinin Elçibəyin oğlunun toyu ilə bağlı məsələyə də toxunub:

"Elçibəyin oğlu bir dövlət məmurudur, siyasətlə məşğul deyil və atasının silahdaşları ilə elə bir təması yoxdur. Öz işlədiyi qurumun rəhbərliyini, iş yoldaşlarını, bir də qohum-dostlarını toyuna çağırır. Pandemiyada say məhdudiyyətini də nəzərə alıb. Başqa nə etməlidir? Axmaq sürüsü bir gənci topa tutub ki, bəs cəbhəçiləri, partiya sədrlərini niyə toya çağırmamısan? Buna görə adamı birbaşa xəyanətdə ittiham edirlər. İnsan azadlığı, iradə azadlığı deyilən heç nə beyinlərinə girmir. Qardaş, Allah xoşbəxt etsin demək nə qədər çətindir? Əxlaqlı davranış bu olmazdımı? 

Bir siyasətçimiz də ABŞ səfirinin erməniləri dəstəkləyən davranışna görə iqtidarı günahlandırır ki, bütün bunlar məhz bu iqtidarın ABŞ-la münasibətləri düzgün qurmadığından qaynaqlanır. Nə düzgün qurmamaq, həmin ABŞ başını ATƏT-in Minsk qrupundan bayıra çıxarıb deyir ki, Qarabağdan çıxın və ermənilərin dövlət qurmasına imkan verin, indi deyirsən razılaşıb münasibəti düzgün quraq?  Dəyişməyən soydaşlarım, 2020-ci ilin Moskva vaxtı ilə 9 noyabr, Bakı vaxtı ilə 10 noyabr tarixindən yeni bir tarix başlayıb. Söz də, fikir də, müxalifətçilik də, orta məktəbdə tədris metodikası da, dövlətə münasibət də, qalib gəlmiş iqtidarla davranış qaydaları da, bir sözlə çox şeylər kökündən dəyişməlidir, yeniləşməlidir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...