Deputat: “Bu qərar Azərbaycan vətəndaşının sağlamlığına qarşı olan təhdidlərin qarşısını almaq üçündür\"

Deputat: “Bu qərar Azərbaycan vətəndaşının sağlamlığına qarşı olan təhdidlərin qarşısını almaq üçündür\
 
Xəbər verdiyimiz ki, bu gündən ölkədə xüsusi rejimin tətbiqinə başlanıb.
 
Sfera.az xəbər verir ki, Nazirlər Kabineti yanında qərarhagın açıqlamasına görə, tutduğu mövqedən asılı olmayaraq hər bir vətəndaş maksimal şəkildə diqqətli və məsuliyyətli olmalıdır.
 
Azxeber.com bununla bağlı millət vəkili Arzu Nağıyevin fikirlərini öyrənib. 

"Mən düşünürəm ki, son vaxtlar koronavirusla bağlı bir sıra dövlətlərdə tətbiq olunan məhdudiyyətlərin qoyulması mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda yaradılmış koronavirusla bağlı qərargahın verdiyi qərar əhəmiyyətlidir. Çünki son vaxtlar istər sosial şəbəkədə, istərsə də kütləvi inforasiya vasitələrində heç bir əsası olmnayan xəbərlər yayılmaqda idi. Bütün bu proseslərə nəzarət etmək dövlət səviyyəsində qurumun yaradılması və müvafiq qərarların qəbul edilməsi vacib idi. Həmin qərargahda bir sıra qurumlar - xüsusi xidmət, hüquq mühafizə orqanları ilə yanaşı sağlamlığa cavabdeh olan bütün qurumların nümayəndələri var. Son vaxtlar sərhədlə bağlı, istərsə də qapalı tipli xəstəxanaların yaradılması ilə bağlı da addımlar atılıb. Çünki ayrı-ayrılıqda xaotik şəkildə müəyyən qərarların verilməsindənsə, belə mühüm qərarın birmənalı şəkildə qərargah tərəfindən verilməsi məqsədəuyğundur. Düşünürəm ki, bu mühüm qərardır. Müəyyən məhdudiyyətlərin qoyulması Azərbaycan vətəndaşının sağlamlığına qarşı olan təhdidlərin qarşısını almaq üçündür".

OXŞAR XƏBƏRLƏR

Yayda bəxt bu bürclərin üzünə güləcək - onlar da sərvət sahibi olacaqlar

Yay fəsli bəzi bürclər üçün maddi baxımdan böyük dönüş nöqtəsi olacaq. Ulduzların düzülüşünə görə iş, sərmayə və gözlənilməz fürsətlər bu bürclərin qapısını döy...

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Rusiyada plan cızılır: 15 ölkə hədəfdə – Azərbaycan da var

Rusiyanın Ukrayna ilə apardığı müharibədən qalib çıxacağı təqdirdə, postsovet məkanında siyasi tarazlığın dəyişəcəyi ehtimal olunur. Ekspertlər hesab edir ki, K...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...