Deputat “Biznesinin İnkişafı Fondu”nun yardılmasının müsbət tərəflərindən danışdı

Deputat “Biznesinin İnkişafı Fondu”nun yardılmasının müsbət tərəflərindən danışdı
"Azərbaycan Prezidenti "Azərbaycan Biznesinin İnkişafı Fondu”nun yaradılması barədə fərman imzalayıb. Sənədə əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki "Sahibkarlığın İnkişafı Fondu” və "Azərbaycan İnvestisiya Şirkəti” birləşmə formasında yenidən təşkili yolu ilə "Biznesinin İnkişafı Fondu” yaradılacaq. Fondun əsas məqsədi iqtisadiyyatın, qeyri-neft sahələrinin inkişafını dəstəkləmək, bu sahədə fəaliyyətin stimullaşdırılmasını təmin etmək və sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərməkdən ibarətdir”.
 
Sfera.az bildirir ki, bu sözləri iqtisadçı-deputat Vüqar Bayramov deyib.
 
Millət vəkilinin sözlərinə görə, apardığımız təhlillər və eləcə də rəsmi statistika göstərir ki, hazırda sahibkarlar, xüsusilə də regionda fəaliyyət göstərən iş adamları üçün kredit əldə etmək çətinliklərdən biridir:

"Belə ki, Mərkəzi Bankın məlumatına görə, bankların kredit portfeli 15 milyard 206 milyon manatdır. Bu kreditlərin 11 milyard 890 milyon manatı yalnız Bakı şəhərində təklif olunub. Bu o deməkdir ki, bankların təqdim etdiyi hər 100 manat kreditin 78 manatı Bakı şəhərinin, qalan 22 manatı isə digər qalan bütün ərazilərimizin payına düşüb. Abşeron iqtisadi rayonunun sakinləri isə 574 milyon manat kredit əldə edə biliblər. Abşeronun kredit portfelindəki payını nəzərə aldıqda regionların kreditləşmədə payı daha da aşağı olur. Bu baxımdan, güzəşt mexanizminin təkmilləşdirilməsi daxil olmaqla maliyyələşmədə yeni alətlərin tətbiqi vacibdir”.

V. Bayramovun sözlərinə görə, Fondun Müşahidə Şurasının tərkibinin 5 dövlət qurumunun nümayəndələri ilə formalaşdığını nəzərə alsaq sahibkarların kreditlərə və xüsusilə güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi üçün yeni addımların atılması imkanları genişdir:

"Bütövlükdə, "Biznesinin İnkişafı Fondu”nun yardılması biznesin dəstəklənməsi baxımdan irəliyə atılan daha bir addım hesab olunur. Bu, ölkədə həyata keçirilən iqtisadi siyasətin, xüsusən də sahibkarların daha yaxından dəstəklənməsi baxımdan vacib idi. Fondun fəaliyyətinin sahibkarlığın maliyyələşməsinə xüsusi təkan verəcəyi gözlənilir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR