Dəfn mərasimində iştirak edənlər məsuliyyətə cəlb olundu

Dəfn mərasimində iştirak edənlər məsuliyyətə cəlb olundu
 Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat edən meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanmış görüntülərdə əks olunan 42 nəfər rayon Polis İdarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunmuş və onlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunmuşlar.

Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən dəfn mərasimini idarə edən axund Ş.Pircanov və daha 20 nəfər saxlanılaraq rayon Polis İdarəsinə gətirilmişlər. Onlar barəsində inzibati xəta haqında protokollar tərtib edilmiş, Ş.Pircanov 400 manat, digərləri isə 200 manat məbləğində cərimə olunmuşlar. 

Dəfn mərasimində yayılmış görüntülərdə əks olunan digər şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...