“Davam”ın sədri Ankarada səfərdədir - FOTOLAR

“Davam”ın sədri Ankarada səfərdədir - FOTOLAR
"Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı 27-30 sentyabr tarixlərində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri zamanı Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Serkan Kayalarla görüşüb. 

Sfera.az xəbər verir ki, Görüş zamanı "Davam” Gənclər Hərəkatının fəaliyyəti haqqında geniş məlumat verən Nihad Allahyarlı daha sonra 44 günlük Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə bağlı ölkəmizdə, qardaş ölkə Türkiyədə və dünyada həyata keçirilən tədbirlər barəsində danışıb. 

Öz növbəsində TİKA-nın sədri Serkan Kayalar agentlik tərəfindən dünyanın dörd bir yanında görülən və görüləcək işlər, fəaliyyət prioritetləri və Azərbaycan ofisi haqqında məlumat verib. O cümlədən Qarabağ zəfəri ilə bağlı təbriklərini dilə gətirib, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıb. Yekunda TİKA ilə "Davam”ın birgə işbirliyi perspektivləri dəyərləndirilib, müxtəlif idealar ətrafında fikir mübadiləsi aparılıb. 

Görüş xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.

OXŞAR XƏBƏRLƏR

Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu - VİDEO

Kür çayında mühərriki dayanan Kater turistlərin qorxusuna səbəb olub.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Kürün Mingəçevirdən k...

İsraildən Qəzzaya zərbə: Ləxvani öldürüldü

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS hərəkatının dəniz xüsusi təyinatlı dəstəsinin üzvünü öldürüb.   Sfera.az xəbər verir ki, bu barəd...

Ərdoğan: İstanbul – Tehran – İslamabad dəmiryolu xətti işlək hala gətirilməlidir

İstanbul – Tehran – İslamabad dəmiryolu xətti işlək hala gətirilməlidir.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib ...

Günəşin üzərində uçan müəmmalı obyekt aşkarlandı

Alimlər teleskop vasitəsilə Günəşin üzərində təxminən 150 min km-lik qanada bənzəyən obyekt aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə Rusiy...

Batabat yolunda ağır qəza: yaralılar var

Naxçıvanda baş verən ağır yol qəzasında 5 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, hadisə Naxçıvan – Batabat yolunun Biçənək kəndi ərazis...

Mənsum İbrahimovdan Röyanın Kann-a getməsi ilə bağlı AÇIQLAMA - VİDEO

Xalq artisti Mənsum İbrahimov Xalq artisti Röya Ayxanın Kann Film Festivalında iştirakı ilə bağlı tənqidi fikirlər səsləndirənlərə münasibət bildirib.  ...