Türkiyədə yeni nazirlik yaradılır


Türkiyədə yeni nazirlik yaradılır
Kateqoriya məlum deyil19.09.25, 06:107 👁️
T

Türkiyə Prezident Administrasiyasında yeni nazirliyin yaradılması müzakirə edilir.

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.

 

Bildirilib ki, bələdiyyələrə bağlı yanğınsöndürmə xidmətləri də daxil olmaqla, fəlakətlə əlaqəli dövlət qurumlarını birləşdirəcək Təbii Fəlakətlə Mübarizə Nazirliyinin yaradılması təklif olunub.

 

Yeni qurulacaq nazirlik təbii fəlakətlərə davamlı tikintilərlə bağlı qanunvericiliyi nəzərdən keçirəcək, yeni tikilən bütün infrastrukturlarda təhlükələri hərtərəfli nəzərə alacaq.

 

Qurum həmçinin iqlim dəyişikliyindən qaynaqlanan təhlükələrə dair regional səviyyədə xüsusiləşdirilmiş təlimatlar hazırlayacaq.

 

Fəlakət zamanı fasiləsiz xidmət göstərə biləcək kəsintisiz təhlükəsiz rabitə sisteminin yaradılması məqsədilə 81 bölgədə rəqəmsal radio infrastrukturunun qurulmasını tamamlayacaq.

PAYLAŞ
Sehliyali
Yüklənir...