Daha bir strateji yüksəklik Azərbaycanın nəzarətinə keçdi?

Daha bir strateji yüksəklik Azərbaycanın nəzarətinə keçdi?
"Qafan şəhərinin yaxınlığında yerləşən Ağdağ (ermənilər Pela deyir) yüksəkliyi Azərbaycanın nəzarətinə keçib. Artıq iki gündür ki, Qafanın strateji baxımından vacib olan bu yüksəklik azərbaycanlıların əlindədir”.

Sfera.az  "Aysor.am”a istinadən xəbər verir ki, bunu Qafan icmasının rəhbəri Gevork Parsyan deyib.

Onun sözlərinə görə, iki gün əvvəl dağın bir hissəsi erməni hərbçilərinin, digər hissəsi isə azərbaycanlıların nəzarətində idi.

Yüksəkliyin azərbaycanlılara verilməsi barədə razılıq 2021-ci ilin yanvar-fevral ayında əldə olunsa da, bununla bağlı rəsmi paylaşımlar edilməyib. Ölçmə işləri aparılıb və elektron xəritənin köməyi ilə dağın bir hissəsində Ermənistan, bir hissəsində isə Azərbaycan hərbçiləri yerləşdirilib. İndi isə həmin hissə naməlum səbəblərdən tamamilə onların nəzarətinə keçib”, - deyə Parsyan bildirib. 

Ermənistanın Milli Təhlükəsizlik Xidməti isə açıqlama yayaraq Zəngəzur vilayətində yerləşən Ağdağ ərazisində heç bir dəyişiklik baş vermədiyini bildirib: "Ermənistan Respublikasının sərhəd qoşunları sözügedən hissədə dövlət sərhədinin mühafizəsini davam etdirirlər”.

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...