Daha bir şirkətin dəyəri 2 trilyon dolları ötdü

Daha bir şirkətin dəyəri 2 trilyon dolları ötdü
Dünyanın ən böyük proqram təminatı şirkətlərindən olan "Microsoft”un bazar dəyəri 2 trilyon dolları ötüb. 

Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, şirkətin bazar dəyəri çərşənbə axşamı 1,1 faiz yüksələrək 2 trilyon dollardan baha olub.

İki il əvvəl "Microsoft”un bazar dəyəri 1 trilyon dollar idi. Ötən qısa müddətdə şirkətin dəyəri 2 dəfə yüksəlib. 

Ekspertlər hesab edir ki, şirkətin dəyərinin bu dərəcədə yüksəlməsinə pandemiya ilə əlaqədar karantinin tətbiqi mühüm rol oynayıb. Şirkətin səhmləri ABŞ-da karantinin tətbiqinə başlanıldığı 2020-ci ilin martndan bəri 65 faiz bahalaşıb.

Qeyd edək ki, "Microsoft”la bərabər "Apple” şirkətinin də bazar dəyəri 2 trilyon dollardan çoxdur.

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR