Daha bir erməni hərbçinin meyitinin qalıqları təhvil verildi
19:31 / 03.05.2021
2504
Qarabağdakı döyüşlər zamanı ölən daha bir erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.
Sfera.az xəbər verir ki, bu barədə "Sputnik Armeniya” məlumat yayıb. Meyitlər Füzuli-Hadrut-Qarnıyarıq dağı istiqamətində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən əsgərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 553-ə çatıb.