Dağlıq Qarabağ münaqişəsində mövqemiz müxtəlif siyasi baxışlarda yox, milli birlikdədir - Deputat

Dağlıq Qarabağ münaqişəsində mövqemiz müxtəlif siyasi baxışlarda yox, milli birlikdədir - Deputat
Millət vəkili Şahin Seyidzadə son günlər cəbhədə baş verənlər, Dağlıq Qarabağ probleminin həlli və bu yöndə atmalı olduğumuz addımlarla bağlı şərhlə çıxış edib.
 
Sfera.az millət vəkilinin fikirlərini təqdim edir.
 
***


Ermənistan silahlı qüvvələrinin münaqişə ərazisi olan işğal olunmuş Dağlıq Qarabağ və ətraf 7 rayonundan kənarda, tamamilə fərqli ərazidə təxribat törətməsi və bu təxribatın cavabının qısa müddətdə müzəffər ordumuz tərəfindən verilməsi sözsüz xalqımızda bir daha ruh yüksəkliyi, ölkə rəhbəri və hərbi gücə inam yaratmışdır.


Azərbaycan-Ermənistan sərhədində yerləşən Tovuz rayonu istiqamətində artirelliya atəşi ilə zərbə endirərək hərbiçilərimiz və mülki vətəndaşın vəfat etməsinə səbəb olan ermənilərə qarşı Ali Baş Komandanın rəhbərliyi ilə layiqli cavab verilmişdir. Qısa müddət ərzində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hər cəhətdən düşmən ordusundan qat-qat üstün olan canlı və texniki qüvvəsi sarsıdıcı zərbələrlə əks-tədbir görmüşdür. 12 iyul tarixindən başlayaraq davam etmiş hərbi əməliyyatlarda Ermənistan böyük itki verməsinə baxmayaraq öz xain və mənfur əməllərindən əl çəkməyərək işğal altında olan rayonlarda yerləşən mövqelərimizdə də atəşkəs rejimini pozaraq sabitliyin təmin edilməsinə əngəl törədir.


Sərhəd bölgəsində baş verən bu təxribatdan sonra ölkədə müşahidə edilən Ali Baş Komandan-xalq, xalq-ordu birliyinin yaşanması, milli ruhun yüksəkliyi cəbhədə qazanılan uğurla birlikdə bizlər üçün böyük qürur oldu. Hal-hazırda bütün dünyanın koronavirusla mübarizə apardığı bu dönəmdə, eyni zamanda ölkəmizdə də "COVID-19” virusu ilə mübarizənin aparılmasına baxmayaraq, xalqımız düşmənlə mübarizdə ön cəbhədə olmağa hazır olduğunu bildirir. Xalqımızın küçələrdə yürüş edərək birlik göstərməsi, Ali Baş Komandanın çağırışına daima hazır olduqlarını bildirməsi ön cəbhədə vuruşan əsgərlərimiz üçün böyük ruh yüksəkliyi kimi qiymətləndirilməlidir.

 

Bu ruh yüksəkliyi təkcə cəbhə xəttində yox, paytaxt Bakı və digər ərazilərdə də özünü göstərir. Cənab Prezidentin çağırışından sonra minlərlə Azərbaycan vətəndaşı yaşı və cinsindən asılı olmayaraq ordu sıralarına könüllü olaraq yazılmaq üçün müraciət etmişdir. Bu, bir daha ölkə rəhbərinə inamın, dəstəyin və düşmənə qarşı mübarizədə böyük birliyin olmasını göstərir. Pis niyyətlərini daima xoşagəlməz əməlləri ilə büruzə verən mənfur düşmənin ölkə sərhədlərimizdə təxribat addımı atdığı belə bir anda ölkəmizdə milli birliyin nümayiş etdirilməsi sözsüz ki, düşmənə cəbhədən əlavə olaraq ikinci ağır zərbəni endirir.


Bu gün ölkədə görülən xalqın birliyi prosesində həm də siyasi partiyalar da iştirak edir. Müstəqillik tarixində yaşanılan nadir hallardan biri kimi biz müxtəlif istiqamətli, görüşlü, fərqli məram və məqsədləri olan siyasi partiyaların vahid mövqedən çıxış etməyini qeyd edə bilərik. Sözügedən siyasi partiyalar vahid fikir və ideya ətrafında birlik göstərərək ölkə rəhbərinin siyasətini dəstəklədiyini və yanında olduqlarını bəyan etmişlər. Bu həmrəylik sözün əsl mənasında siyasi mədəniyyətin təqdirəlayiq nümunəsidir. Siyasi mədəniyyət anlayışının daxilində bir məsələ də var ki, artıq siyasi partiyaların sıx birləşməsi ilə vahid bir fikir ətrafında birliyin olması nümayiş etdirilir. Bu nöqtədə isə bir qənaətə gələ bilərik, Dağlıq Qarabağ münaqişəsində mövqemiz müxtəlif siyasi baxışlarda yox milli birlikdədir.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...