DÇ-2022: Azərbaycan millisi bu gün İrlandiya ilə qarşılaşacaq

DÇ-2022: Azərbaycan millisi bu gün İrlandiya ilə qarşılaşacaq
Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Sfera.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 6-cı matçında İrlandiya yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü Norveçdən olan FIFA referisi Espen Eskas idarə edəcək.

Oyun öncəsi Azərbaycan millisində yeganə itki Bəhlul Mustafazadədir. "Qarabağ"ın müdafiəçisi zədəli olduğu üçün heyətdən çıxarılıb. Qonaqlarda isə Rayan Menninq, Dara O Şi, Şeymus Koulman zədə, Ceyson Molumbi və Alan Braun isə cəza səbəbindən matçı buraxacaqlar.

Bu komandalar arasında Dublində baş tutan ilk oyun 1:1 hesabı ilə yekunlaşıb. Hazırda 1 xalı olan Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb. İrlandiya seçməsi isə 2 xalla 4-cüdür.

Qeyd edək ki, bu qrupun digər oyununda Serbiya millisi Lüksemburqun qonağı olacaq.

DÇ-2022, seçmə mərhələ

VII tur

A qrupu

20:00. Azərbaycan - İrlandiya

Hakimlər: Espen Eskas, Kim Tomas Haqlund, Oystein İtterland, Kay Erik Stin (Norveç)

Bakı Olimpiya Stadionu.

Xal durumu: Portuqaliya - 13 (5 oyuna), Serbiya - 11 (5), Lüksemburq - 6 (4), İrlandiya - 2 (5), Azərbaycan - 1 (5)

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...