Covid-19-a yoluxdunuz, bəs sonra? – Bilməli olduğunuz 10 qayda

Covid-19-a yoluxdunuz, bəs sonra? – Bilməli olduğunuz 10 qayda
Bu günə qədər yazdığımız məqalələrdə Covid-19-a necə yoluxmamaq olar istiqamətində danışırdıq. Ancaq bədbəxtlikdən covid-19-a yoluxdunuz və sağalma ərəfəsindəsiniz. Nə etməli olduğunuzu bilirsinizmi? Elə isə onlar üçün hazırladığımız 10 qayda ilə tanış olun.

1.Tələsməyin

Milli.Az facemark.az-a istinadən bildirir ki, Covid-19-dan xilas olmaq üçün nə qədər vaxtın tələb olunduğu bilinmir. Araşdırmanın nəticələri göstərir ki, Covid-19-dan sonra belə, xəstədə simptomlar bir neçə həftə davam edə bilər. Köhnə həyat tempinə addım-addım qayıdın.

2. Daha çox istirahət edin

Bu, standart Covid Recovery tövsiyələridir və istənilən virus infesksiyasına yoluxduqdan sonra tətbiq edilə bilər. Daha çox çalışmayın, evə iş gətirməyin, həftə sonları istirahət edin, yaxud dostlarınız ilə zaman keçirin.

3. Minimum 8 saat yatın

Yuxu çatışmazlığı insanı məhvə aparır. Bu səbəbdən yaddaş zəifləyir, diqqət pozulur, fərdin performansı aşağı düşür. İstənilən araşdırmalar sübut edir ki, 6 saatdan daha az yatan insanlar, 8 saat yatan insanlar ilə müqayisədə 12% daha tez vəfat edir. Covid reabilitasiyasından sonra, belə bir riski almaq sizə lazım deyil. Yuxuya getməmişdən öncə, qadjetləri kənara qoyun və hər şey yoluna girəcək.

4. Yüklənməyə sərhəd qoyun

Söhbət, həm zehni, həm də fiziki yüklənmədən gedir. Məsələn, post-virus sindromundan sonra aktiv bir həyat tərzi keçirmək (idman etmək, ağırlıq qaldırmaq və s. ) sağlamlığınızı əhəmiyyətli dərəcədə poza bilər. Buna görə, idman salonundan və qaçışdan imtina edin. Sağlamlığınıza qovuşduğunuzu düşündüyünüzdən bir həftə sonra bunu edin.

5. Daha az əsəbləşin

Stress, covid kimi xroniki yorğunluq sindromunun inkişafına səbəb olur. Ümumiyyətlə, həyəcan və əsəbi vəziyyət sağlamlığa pis təsir edir. Stressdən dolayı baş ağrıları, zəiflik, ürək-damar sisteminin işində nasazlıq müşahidə edilir. Nəticədə bu, xəstəlikdən xilas olmağı ləngidir. Gündəlik həyat tərzinizi yaratmağa və ona əməl etməyə çalışın. Bu həyatınızı daha ölçüləbilən, proqnozlaşdırılan və daha az stressli edəcək.

6. Müşahidələrinizin gündəliyini tutun

Nə etdiyinizi və bunun nəyə gətirib çıxardığını analiz edin. Məsələn, müşahidə edə bilərsiniz ki, sizdə hər səhər bir fincan qəhvə baş ağrılarına və əsəbiliyə yol açır. Yaxud 22:00-dan sonra yatandan sonra, gündəlik yuxu qəbul etmirsiniz. Ya da 200 metr yol qət etdikdən sonra yorulursunuz. Bu, gündəlik çox iş görməmək üçün həyat tərzinizi yenidən qurmağa kömək olacaq.

7. Daha yaxşı qidalanın

Zülal, yağ, vitamin, mineral və s. kimi mikroelementlər virusdan sonra bədənizin bərpa olunmasına kömək olacaq. Bədəninizi lazım olan vitaminlərdən əskik tutmayın. Eyni zamanda, xəstəlikdən sonra şirniyyat, qazlı içki, bişmiş ət (kolbasa, sosiska və s. ) kimi məhsulların istehlakına məhdudiyyət qoyun.

8. Bol miqdarda maye qəbul edin

Normal, yetkin bir insan gündəlik olaraq 2,5 litr maye qəbul etməlidir. Maye, eyni zamanda sulu meyvə, tərəvəz, çay, kofe, həmçinin, şorbalardan əldə etmək olar. Ancaq sağalma ərəfəsində alkoqoldan istifadə etməyi məhdudlaşdırmaq lazımdır.

9. Tənəffüs məşqləri edin

Tənəffüs məşqləri xəstəlikdən əldən düşmüş ağciyərlərin bərpasına kömək edir. Tənəffüs məşqləri haqqında məlumatlar əldə edin və onları tətbiq etməyə çalışın.

10. Terapevt ilə əlaqədə qalın

Covid-19-dan sağalma ərəfəsində bu xüsusilə vacibdir. Yeni və narahatedici simptomlar görünməyə başladıqdan sonra, dərhal bir mütəxəssis ilə əlaqə qurmalısınız. Həkim sizin əhvalınız barəsində soruşacaq və lazım olduqda bəzi testlərdən keçməyi təklif edəcək. Lazım olduqda isə xəstəliyin qarşısını almaq üçün dərmanlar təyin edəcək.

OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...