Co Bayden, yoxsa Tramp... - Azərbaycana hansı namizədin qələbəsi sərf edir?

Co Bayden, yoxsa Tramp... - Azərbaycana hansı namizədin qələbəsi sərf edir?

"Co Baydenin qələbəsi ölkəmiz üçün o baxımdan daha faydalı olardı ki, demokratlar antiRusiya siyasətində daha ardıcıl və prinsipialdır”.


Bu sözləri Sfera.az-a açıqlamasında ABŞ-da bu gün keçirilən prezident seçkilərində kimin qalib gəlməsinin Azərbaycan üçün daha faydalı ola biləcəyinə toxunarkən politoloq Fərhad Mehdiyev deyib.



Politoloq hesab edir ki, ABŞ-da Demokrat Partiyasından prezidentliyə namizəd Co Baydenin qələbəsi Azərbaycan üçün daha faydalı olar:


"Demokratlar antirusiya siyasətində daha ardıcıl və prinsipialdır. Yəni, məhz demokratlar Rusiyanın təsirinə məruz qala biləcək dövlətləri daha çox qoruyur, nəinki respublikaçılar. Bu baxımdan demokratların xarici siyasəti Azərbaycana sərf edəndir”.


Bununla yanaşı, həmsöhbətimiz qeyd edir ki, Qarabağda hərbi əməliyyatlar başlayandan sonra Bayden dondurulan "907-ci düşəliş”in yenidən bərpa edilməsi təklifilə çıxış edib:

 

"Bu mənada Baydenin seçilməsi ölkəmizin maraqlarına cavab verməyə bilər. Lakin ola da bilər ki, Bayden sadəcə erməni seçicilərin səsini almaq üçün bu təklifdə bulunub. Ondan əvvəlki namizədlər də prezident seçiləndən sonra bir sıra vədlərini həyata keçirməyiblər. Bu mənada ola bilsin, Bayden seçiləndən sonra "907-ci düzəliş” məsələsini də unutsun”.

 

"Donald Trampın qalib gəlməsi Azərbaycan üçün daha önəmlidir”.



Milli Məclisin deputatı Asim Mollazadə isə hazırkı ABŞ prezidentini ölkəmiz üçün daha sərfedici namizəd sayır:


"Azərbaycan ABŞ-la hər zaman normal münasibətlər qurub. Namizədlərdən Co Bayden vaxtilə ölkəmizə qarşı yönələn ”907-ci düzəliş”in müəlliflərindən biri olub. O, mövqeyini dəyişməyəcəyi təqdirdə münasibətlərə müəyyən xələl gətirə bilər.

 

Amma düşünürəm ki, seçkiqabağı vədlərinə baxmayaraq, Bayden üçün seçiləcəyi halda ABŞ-ın milli təhlükəsizlik maraqları hansısa diasporaya verdiyi vədlərdən üstün olacaq. Bir sözlə, Donald Trampın qalib gəlməsi Azərbaycan üçün daha önəmlidir. Çünki onun erməni diasporası qarşısında bir öhdəliyi yoxdur”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...