“Cinsi tərbiyə dərslərinin keçirilməsi vacibdir” – Ekspert rəyləri
Təhsil
15:03 / 01.07.2021
2068
"Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi Şərqdə
qapalı mövzu hesab edilir. Buna baxmayaraq, uşaqlar hər şeyi vaxtında bilməlidir”.
Bunu Sfera.az-a açıqlamasında psixoloq Fərqanə
Mehmanqızı deyib. O bildirib ki, zamanında psixoloji baxımından nəyin nə olduğu
aydınlaşdırılsa daha yaxşı olar və uşaq bunu qavrayaraq özünü müdafiə edə bilər:
"2-3 yaşından uşaqlara intim bölgənin nə olduğu,
özündən, valideynlərindən, həkimindən başqa kimsənin toxunmamalı olduğu uyğun
dildə başa salınmalıdır. O cümlədən izah edilməlidir ki, intim zonalar onun məhrəmidir
və kiməsə göstərmək olmaz. Bunları qısa və ciddi şəkildə valideynlər
övladlarına anlatmalıdır. Yaş artdıqca isə ona hər hansı bir şəxsə istəyi
olmadan toxumağın düzgün olmadığını deməliyik. Məsələn, bu gün uşaqları məcbur
tutub öpürlər. Yaxud, bizdə bir adət var, qonaq gələndə uşağı onunla görüşməyə
məcbur edirik. Əslində bu, uşağa problem yaşadır. Biz bir tərəfdən qeyd etdiyim
məqamları desək də, digər tərəfdən də uşağı icazəsi olmadan, istəmədiyi şeyi
etməyə vadar edirik. Bu, qaydaların bizim tərəfimizdən pozulmasına gətirib
çıxarır”.
Müsahibimiz deyib ki, zamanla uşaq da məcbur öpülməni
aqressiya ilə qarşılamır və hətta bunu sevginin bir göstəricisi kimi görür: "Bu
isə onda, psixoloji təcavüzə, istismara meyllilik yarada bilir. Yəni artıq o, nəyin
baş verdiyini başa düşə bilmir - qarşı tərəf onu sevdiyinimi, yoxsa istifadə
etdiyinimi. Bundan əlavə, bəzi nüanslar da var ki, özünü qabarıq şəkildə göstərir.
Məsələn, cinsi tərbiyə deyən zaman ancaq intim münasibət nəzərdə tuturuq. Lakin
uşağa əvvəlcədən özəl nöqtələrini göstərib başa salsaq, daha rahat olar”.
Təhsil eksperti Kamran Əsədov isə düşünür ki, cinsi
tərbiyə dərslərin keçilməsi vacib və lazımdır:
"Cinsi və ya seksual tərbiyə dərsi intim həyatın
necəliyindən ibarət deyil. Hamı cinsi tərbiyə dedikdə, uşaqlara nə isə tərbiyəsiz
bir mövzu keçiriləcəyini düşünür. Orada pornoqrafiya, erotikadan söz getmir.
Bu, geniş anlayışdır. Azərbaycanda indiki zamanda bir çox ailələrdə vəziyyət
çox pisdir. Nə qadın, nə də kişi ailədə funksiyalarını düzgün yerinə yetirmir.
Bu dərsdə biologiya, fiziologiya deyil, kifayət qədər sosioloji və psixoloji məqamlar
var. Məsələn, oğlanlara kişi kimdir, necə olmalıdır, onun ailədə rolu, həmçinin
qızlara necə qadın, ana olmaq lazımdır, onun ailədə rolu tədris olunmalıdır. Bir
sözlə, seksual tərbiyə bu deməkdir. Məsələn, yetkinlik yaşına çatanda həm qız,
həm də oğlanların orqanizmində dəyişiklik yaranır. Böyük əksəriyyət məlumatsız
olduğundan, utandığından, heç nə soruşmur və baş verənləri qorxu ilə
qarşılayırlar. Hətta intihara cəhd edən uşaqlar da olur. Bütün bunlar uşaqlara
düzgün cinsi tərbiyənin verilməməsindən irəli gəlir”.
Ekspert deyib ki, burada əsas narahatlıq doğuran səbəb
"seksual təhsil”i tədris edəcək mütəxəssislərlə
bağlıdır:
Günay Rəsulqızı