No Image

Ceyhun Bayramov Polşanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

Ceyhun Bayramov Polşanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO
 Sentyabrın 8-də Xarici İşlər naziri Ceyhun Bayramov Polşa Respublikasının Azərbaycan Respublikasındakı səfiri Rafal Poborskini qəbul edib.

XİN-dən Sfera.az-a verilən məlumata görə, nazir ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən bəhs edərək bu xüsusda ali səviyyədə həyata keçirilən səfər mübadilələrinin əməkdaşlığın inkişafına təkan verdiyini qeyd edib.

Cari ildə dünyanın üzləşdiyi pandemiyaya rəğmən ölkələrimiz arasında əməkdaşlığın davam etdirildiyini qeyd edən nazir, bu xüsusda Polşa tərəfindən Azərbaycana COVİD-19 ilə mübarizə çərçivəsində göstərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib.

Səfir, öz növbəsində, Polşa Xarici İşlər naziri Zbiqnev Raunun səmimi təbriklərini nazirin diqqətinə çatdırıb. Səfir iki ölkə arasında münasibətlərin inkişaf dinamikasının davam etdirilməsinin vacibliyini vurğulayıb.  

Tərəflər ölkələrimiz arasında siyasi məsləhətləşmələrin davam etdirilməsi, eləcə də enerji, nəqliyyat, kənd təsərrüfatı, təhsil, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

C.Bayramov Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır ki, davam edən işğalçı siyasəti, təcavüzkar Ermənistanın işğal edilmiş ərazilərdə həyata keçirdiyi qeyri-qanuni fəaliyyəti, Ermənistanın silahlı qüvvələrinin 12-16 iyul tarixlərində iki ölkə sərhədində törətdiyi hərbi təxribatı, eləcə də Ermənistan rəhbərliyinin bölgədə gərginliyin artmasında xidmət edən və münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirən fəaliyyəti barədə qarşı tərəfə ətraflı məlumat verib.

R.Poborski Polşanın şərq qonşuluğu ölkələrində sabitliyin təmin olunmasında maraqlı olduğunu qeyd edib və Polşa üçün beynəlxalq hüquqa hörmət prinsipinin çox vacib olduğunu diqqətə çatdırıb.

Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR

Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib - FOTO - VİDEO

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatla...

BQXK qarşısında Dilqəm Əsgərov və Şahbaz Quliyev məsələsi qaldırıldı

 Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb....

Azərbaycan və Türkiyə HHQ-nin aviasiya vasitələri Naxçıvan şəhəri üzərində birgə uçuşlar edib – FOTO-VİDEO

 Bu gün Bakının Qafqaz-İslam Ordusu tərəfindən erməni-bolşevik birləşmələrindən azad edilməsinin 102-ci ildönümü münasibətilə Azərbaycan və Türkiyə Hərbi H...

Ceyhun Bayramov İsveçin Azərbaycandakı yeni səfirini qəbul edib - FOTO

 Bu ilin 15 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Kristian Kamilin etimadnaməsinin s...

Ceyhun Bayramov Fransa səfirini qəbul edib - FOTO

 Xarici İşlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosu qəbul edib. Xİ...

Prezident İlham Əliyev Sumqayıtda Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib - FOTOLAR

  "Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham...