No Image
No Image

Ceyhun Bayramov Çavuşoğlu ilə Qarabağ bəyanatını müzakirə etdi

Ceyhun Bayramov Çavuşoğlu ilə Qarabağ bəyanatını müzakirə etdi
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sfera.az-a verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyəti, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrasını, eləcə də Moskva şəhərində imzalanmış 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatın reallaşması məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələlər, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə habelə qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rusiya Müdafiə Nazirliyi Qarabağla bağlı məlumat yaydı

Rusiya Müdafiə Nazirliyinin sülhməramlıları Dağlıq Qarabağda vəziyyətin gecə-gündüz izlənilməsi və atəşkəs rejiminə əməl olunmasına nəzarəti 27 müşahidə məntəqə...

Tanınmış fotoqrafdan fransızlara "QARABAĞ DƏRSİ" - VİDEO

Fransanın məşhur "TV5MONDE" telekanalına qonaq qismində dəvət alan dünya şöhrətli fotojurnalist Reza Deqati Qarabağ müharibəsi ilə bağlı bir sıra faktlara toxun...

Cənubi Qafqaza sülh dəmir yolu ilə gələcək: Bölgənin yeni XƏRİTƏSİ

Azərbaycan ordusunun Vətən Müharibəsindəki 44 günlük uğurlu hərbi əməliyyatlarından sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat...

Əli Həsənovu həbsxanaya aparan yol - Biznes imperiyasında nələr var

Həyat bumeranqdır və edilən bütün əməllər zaman axarında mütləq geri dönür. Son günlərin ən çox müzakirə obyekti də bir zaman mətbuatı öz "sehirli çubuğu”...

Korotçenko: “Laçın dəhlizi qanunsuz silahların daşındığı bir qapı olmamalıdır”

Rusiyada "Milli Müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü İ...

İlham Əliyev Ərdoğanla danışdı - Təfərrüat

Yanvarın 16–da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.  ...