No Image
No Image

“Cəsur döyüşçü” medalı kimlərə veriləcək?

“Cəsur döyüşçü” medalı kimlərə veriləcək?
Prezident İlham Əliyev "Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı haqqında Əsasnaməni təsdiqləyib.

Sfera.az-ın məlumatına görə, "Cəsur döyüşçü” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad olunması zamanı müstəqil və ya digər qoşun növləri ilə birlikdə strateji və ya xüsusi əhəmiyyətli ərazilərin tutulması üzrə döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, havada və yerdə düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilir.

"Cəsur döyüşçü” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, "İgidliyə görə” medalından sonra taxılır.

"Cəsur döyüşçü” medalı diametri 38 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş səkkizguşəli lövhədən ibarətdir.

Medalın ön tərəfində səkkizguşəli lövhə dekorativ naxışla bəzədilmiş zolaq ilə konturlanmışdır. Konturun içərisində xarici və daxili çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili çevrələrin arasında yuxarı qövs boyunca "CƏSUR DÖYÜŞÇÜ” sözləri yazılmış, aşağı qövs boyunca milli ornamentlər təsvir olunmuşdur. Daxili çevrənin içərisində iki kəsişən qılınc və qalxandan ibarət kompozisiya təsvir olunmuşdur. Kompozisiyadan sol və sağ tərəflərdə iki səkkizguşəli ulduz həkk olunmuşdur. Bütün elementlər və yazılar relyefli olaraq qabarıqdır.

Medalın arxa tərəfi hamar səthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 24 mm ölçülü beşbucaqlı xara lentə iki halqa və ilgək vasitəsilə birləşdirilir. Tünd qırmızı rəngli xara lentin sol və sağ kənarlarından 3 mm aralı, hər birinin eni 4 mm olan iki şaquli ağ zolaq təsvir olunmuşdur. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Sabirabadda avtomobil kanala aşdı, sürücü öldü

Sabirabadda avtomobil kanala aşıb. Sfera.az-ın məlumatına görə, hadisə rayonun Rüstəmli kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1964-cü il təvəllüdlü ...

Türkiyə F-16-ları hələ də Azərbaycandadır? – AÇIQLAMA

Qardaş Türkiyənin F-16-larının hələ də Azərbaycanda qalıb-qalmaması barədə sosial şəbəkələrdə müakirələr gedir.  Azərbaycan Prezidenti, Ali Baş Koman...

Kəlbəcər rayonunun Nadirxanlı kəndi - VİDEO

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Nadirxanlı kəndindən videogörüntülər paylaşıb. Sfera.az həmin görüntüləri təqdim edir: ...

20 Yanvar şəhidlərinin xatirəsi Berlində də anıldı

Bu gün Azərbaycanın Almaniyadakı səfirliyində 20 Yanvar hadisələrinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Sfera.az xəbər verir ki, tədbi...

Siyavuş Novruzov: “Karyerdə daş atmışam, günə 10 manat…”

Milli Məclisin deputatı Siyavuş Novruzov müzakirəyə səbəb olan "Təhsil haqqını ödəyə bilməyən tələbə dərsdən sonra işləsin” açıqlaması barədə fikrini bildi...

Abdin Fərzəliyev şəhid ailələrini ziyarət etdi - FOTOLAR

  20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və İH-nin rəhbər şəxsləri 20 Yanvar şəhi...