“Cənubi Qafqaz ciddi geosiyasi bir məkandır”

“Cənubi Qafqaz ciddi geosiyasi bir məkandır”
 "Azərbaycan gərək bütün tərəflər ilə daha çox enerji, hərbi və siyasi əməkdaşlıq mərhələsinə keçsin, yaxud Ermənistanı reallıqlarla tanış etsin”.

Sfera.az xəbər verir ki, bunu ictimai-siyasi mütəxəssis Yadigar Nağıyev deyib. 

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanı müharibəyə sövq edirlər:

"Cənubi Qafqaz sahib olduğu yeraltı və yerüstü sərvətləri ilə yanaşı, həm də ciddi geosiyasi bir məkandır. Bu məkan demək olar ki, bütün dövrlərdə böyük dövlətlərin marağına səbəb olub. Bu çərçivədə, Sovet İttifaqının süqutundan sonra Cənubi Qafqaza NATO və Avropa İttifaqının təsiri daha da artıb. Cənubi Qafqazda yerləşən Gürcüstan, Ermənistan və Azərbaycan özlərini bu təsirdən mühafizə etməyə çalışsa da, 2008-ci ildə Gürcüstan bu qüvvələrin təsiri altına salınaraq, 3 hissəyə parçalanıb. Gürcüstanda yaşanan bu dalğanın təsirləri hər nə qədər Ermənistan və Azərbaycan istiqamətinə sıçrasa da, hər iki dövlət sahib olduğu mühafizəkar ideologiya istiqamətində öz maraqlarını mühafizə etməyi bacarıblar. Lakin bu formada mühafizənin və hər iki dövlətin Rusiya və İran ilə dinamik münasibətlərinin mövcudluğunu NATO, Avropa İttifaqı kimi təşkilatlar müsbət qarşılamayıb”. 

Y.Nağıyev bildirib ki, NATO və Aİ bunu ortadan qaldırmaq üçün hər iki dövləti müharibəyə təhrik etməkdədir: 

"Bu prosesə Azərbaycandan fərqli olaraq, Ermənistan qoşulub. Ona görə də dəfələrlə Azərbaycan sərhədləri istiqamətində atəşkəsi pozaraq bu məkrli siyasətə xidmət ediblər. Azərbaycan tərəfi isə balanslı siyasət apararaq, çoxtərəfli münasibətlər çərçivəsində suverenliyini qoruyur. Qeyd edilən nüansları görən Azərbaycan müxtəlif platformalarda Dağlıq Qarabağ münaqişəsinin diplomatik həll yolunu müdafiə etməklə, Cənubi Qafqazı bu riskdən qorumaqdadır. Fəqət, buna Ermənistan tərəfi əngəllər törədərək, həm öz dövlətini, həm də Azərbaycanı təhlükəyə atmaqdadır. Çünki gizli qüvvələrin də istəyi məhz Cənubi Qafqazda demokratikləşmə adı altında müstəmləkə sistemini qurmaqdır. Məsələyə realizm nəzəriyyəsindən baxdıqda isə bu, ciddi bir problem və təhlükədir. Məhz bunun üçün Azərbaycan gərək bütün tərəflər ilə daha çox enerji, hərbi və siyasi əməkdaşlıq mərhələsinə keçsin, yaxud Ermənistanı reallıqlarla tanış etsin. Əks təqdirdə, Cənubi Qafqazı gələcək 5-10 illikdə sabit görmək mümkün deyil”. 
 
(ann.az)

OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...