Ata və oğul nəhayət qovuşdular: Şahzadə Harri 18 aydan sonra atası Kral Çarlzla görüşdü

Ata və oğul nəhayət qovuşdular: Şahzadə Harri 18 aydan sonra atası Kral Çarlzla görüşdü
Kateqoriya məlum deyil13.09.25, 20:0029 👁️
T

Aylar sonra İngiltərəyə qayıdan şahzadə Harri həm anım mərasimləri, həm də digər tədbirlər üçün ölkədə olub.


Sfera.az bildirir ki, Şahzadə Harri ilk dəfə Kraliça Elizabetin ölümünün üçüncü ildönümündə Vindzorda olub, əklil qoyub. Daha sonra o, Londonda WellChild Mükafatlarının təqdimetmə mərasimində iştirak edib, xəstə uşaqlar və onların ailələri ilə görüşüb. Daha sonra o, Nottingemə gedərəj, gənclər üçün layihələri ziyarət edib və ianə kampanyasına başlayıb. O, həmçinin İmperator Kollecində xəsarətlər üzrə ixtisaslaşmış mərkəzi ziyarət edib.

 

Qeyd edək ki, Şahzadə Harri normal olaraq ABŞ-da yaşayır.
Şahzadə Harrinin Böyük Britaniyaya səfərinin ən təəccüblü hərəkəti 18 aydan sonra atası Çarlzla görüşməsi olub. Bu görüş hər kəsi həyəcanlandırıb, çünki ata və oğul 18 aya yaxındır bir-birini görməmişdilər. 

İkili Londondakı “Clarence House”da görüşüb. Bu görüş düz 18 ay ərzində ilk dəfə baş tutub və təxminən 55 dəqiqə davam edib. Ata və oğulun çay süfrəsi arxasında söhbət etdiyi bildirilir.
Şahzadə Harri və Kral Çarlzın uzun müddətdir gərgin münasibətləri var.


Harrinin Amerikaya köçməsi, kitablarda və müsahibələrdə kral ailəsi haqqında açıqlamaları onların münasibətlərini daha da gərginləşdirib. Atasının səhhətində yaranan problemlərdən sonra da ikisinin bir-birini çox görmədiyi məlum idi. Buna görə də 18 aydan sonra yenidən birləşmə çoxları tərəfindən əhəmiyyətli addım kimi qiymətləndirildi. Lakin bu, onların problemlərinin tam həlli sayılmır.

AYNİL

PAYLAŞ
Sehliyali
Yüklənir...