Onkologiyaya qarşı 25 effektli ərzağın siyahısı – Hər gün yeyilməli antixərçəng qidalar

Onkologiyaya qarşı 25 effektli ərzağın siyahısı – Hər gün yeyilməli antixərçəng qidalar
Hər il dünyada 12 mimyon insan onkoloji xəstəlik və ağırlaşmasından ölür, hər gün 27 min insan bu xəstəliyə tutulur. Son statistika göstərdi ki, Azərbaycanda da xərçəng xəstələri artır.

Xərçəngə qarşı qalxan rolunu oynayan qidalar, bitkilər, meyvə-tərəvəzlər var.
Sfera.az medicina.az-a istinadən bildirir ki, şişə və metastazlara qarşı effektiv təsiri dünya alimlərinin eksperimentlərində sübut olunmuş 25 antixərçəng qidanın siyahısını təqdim edir.
Siyahıya baxdıqda, görmək olur ki, azərbaycanlıların gündəlik qidasında onlar azdır və getdikcə də uzaqlaşırıq. Halbuki alimlər xəstəlnməmək və xərçəng önü vəziyyətdə şiş hüceyrələrini məhv etmək üçün bu siyahıdakı qidalardan ən azı 12-ni hər gün normasında qəbul etməyi məsləhət görür.

1.Sarımsaq - soğan. Xüsusən sobada bişmiş soğan və sarımsaq. Hər gün 3 diş sarımsaq mütləqdir

2.Pomidor - mütləq çiyi və orqanik, dərmansız olanı seçilməli, hər gün 50 ml şirəsi içilməlidir

3.Kələm növləri - xüsusən brokkoli, gül kələmi, pekin  və qırmızı kələm. Kələm çiy salat formasında və ya şirəsi qəbul olunmalıdır. Kələm dolması və borş yedim, kələm qəbul etdim hesab etməyin

4.Qırmızı və ya qara üzüm - eləcə də bu üzümdən keyfiyyətli şərab

5. Tünd rəngli göyərtilər və tərəvəzlərin yarpaqları

6.Çuğundur, kök - çiy halda salatı və şirəsi hər gün

7.Qarğıdalı - suda bişmişi

8. Bütün növ giləmeyvələr: çiyələkdən tutmuş böyürtkənə kimi - il ərzində iri meyvələrdənsə, pulunuzu giləmeyvələrə xərcləyin
 
9. Kətan toxumu və yağı

10.Batat adlı kartof növü

11.Sarıkök - çox güclü antisokdidantdır. Təmiz sarıkök tapın

12.Göbələklər - xüsusən yapon göbələyi

13.Yaşıl çay - əsl yaşıl çayın iri yarpaqlı növünü alıb özünüz dəmləyin

14.Qəhvə - günə 2 fincan yaxşı qəhvə şiş hüceyrələrinin aktivliyini azaldır

15.Limon - qabığı və tumları ilə

16.Balqabaq və tumları

17.Tam toxumdan un, çörək - yəni kobud undan çörək, qara çörək, çovdar və s

18.Paxlalılar - mərci, noxud, lobya - həftədə 2 dəfə salatlarda və şorbalarda yeyin

19.Qoz, fındıq, fıstıq, araxis

20.Dəniz yosunu - aptek və marketlərdə satılır. Biz demək olar almırıq. Yaponlar hər gün yeyir

21.Sitrus meyvələri - qreypfrut, portağal, avokado və s

22.Ədviyyatlar və dərman bitkiləri, ətirli otlar - darçın, istiot, kəklikotu, cirə, razyana, reyhan, rozmarin, yarpız, çobanyastığı və s. Bunlardan içkilərdə, çaylarda,yeməklərdə bol istifadə edin. Ya da saqqız kimi çeynəyin.

23.Zeytun, yarpağı, tumu və yağı - Ən yaxşı növ və təmizi

24.Qatıq, orqanik yoqurt, kefir - bağırsaqların mikroflorasını sağlamlaşdırır ki, bu da immuniteti möhkəmlədir, orqanizm şiş hüceyrələrini özü tapıb məhv edir

25.Tünd şokolad, kakao
 
Hər gün bu siyahıdakı ərzaqlardan azı 10-12-si menyunuzda olmalıdır.

OXŞAR XƏBƏRLƏR

Dollar bu gün neçəyədir? - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il iyulun 21-də ABŞ dollarının məzənnəsi də...

Sumqayıtdakı yanğında 17 nəfər tüstüdən zəhərlənib - SİYAHI

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.   Sfera.az məlumat verir ki, Sumqa...

Leyla Əliyeva muzeydə - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Azərbaycan Tarixi Muzeyində olub.   Sfera.a...

Türkiyədə avtobus qəzası: Ölən yaralananlar var

Sivasın (Türkiyə) İmranlı rayonunun Kızıldağ aşırımında sərnişin avtobusu aşıb.   Sfera.az İHA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ...

Bu gün hava neçə dərəcə isti olacaq? - PROQNOZ

İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadas...

Xırdalanda yayılan görüntülərlə bağlı - DİN-dən açıqlama

Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayıl...