İlkin Həsəni: "Hər şey o qədər ani, tez baş verdi ki,..."

İlkin Həsəni:
İlkin Həsəni: 
"Düz 1 il əvvəl həyatımın ən böyük və ən məsuliyyətli həyəcan siqnalı çalındı”.

Bu sözləri aparıcı-aktyor İlkin Həsəni "İnstagram" səhifəsində yazıb. O, hər şeyin ani baş verdiyini bildirib.

"Hər şey o qədər ani, o qədər tez baş verdi ki, gəlişini mayda gözləyirdik, özünü sevimli marta çatdırdı. İlk dəfə idi ki, qəribə bir həyəcan içində idim, həyatın hər çətinliyinə hazır olan bir adam indi sakitcə dayanıb qapalı küvəzdən, üzərinə zond və müxtəlif sistemlər qoşulmuş 1 kilo 800 qramlıq bir möcüzəyə baxırdım. Görəsən, necə olacaq fikirləri ilə üz-üzə idim.

İl keçdi və bu gün mənə atalıq statusu bəxş edən bu möcüzənin ilk doğum günüdür. 1 yaşın mübarək, qızım. Bu foto isə həkimlərin "narahat olmayın, hər şey yaxşı olacaq” dedikdən sonra çəkilib”.




OXŞAR XƏBƏRLƏR