“Azəriqaz” özəlləşsin, ya yox?

“Azəriqaz” özəlləşsin, ya yox?
"Azəriqaz” və onunla yanaşı digər xidmət sahələrinin özəlləşdirilməsi nəinki mümkün, hətta həyatı vacib məsələdir”.

Sfera.az-a açıqlamasında bu sözləri "Azəriqaz” İstehsalat Birliyinin (İB) özəlləşdirilməsi, onun idarəçiliyinin özəl sektora verilməsi məsələsinə toxunarkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib. 

Onun sözlərinə görə, ölkənin qaz təsərrüfatında yaşanan problemlərin başlıca səbəbi elə "Azəriqaz”ın dövlət şirkəti olaraq qalmasıdır:

"Bəziləri iddia edir ki, "Azəriqaz” özəlləşdirildiyi təqdirdə, qiymətlər kommersiya qiymətlərilə ifadə olunacaq və əhali istifadə etdiyi qazın pulunu ödəyə bilməyəcək. Əslində, bu belə deyil. İlkin mərhələdə əhalinin qazla təminatında dövlət nəzarəti ola bilər, qiyməti dövlət tənzimləyə bilər. Ancaq müəyyən müddətdən, artıq rəqabət mühiti formalaşandan sonra isə qiymətə nəzarət funksiyası da aradan qaldırılmalıdır. "Azəriqaz”ın fəaliyyəti ciddi problemlərlə zəngindir. Təchizat əhalini qane edən səviyyədə deyil. Belə olan halda problemin həlli üçün qaz təchizatçısı ilə yanaşı, vətəndaş həm də həmin şirkətin yarıtmaz fəaliyyətilə bağlı hökumətə müraciət edir. Belədə hökumət həmin şirkətdən problemlərin həllini tələb edir. İndiki halda isə "Azəriqaz” dövlətin öz şirkətidir. Hökumət vətəndaşı normal qazla təmin etməyi ondan da tələb etməsilə yanaşı, digər tərəfdən istər-istəməz öz şirkəti olduğundan prosesə tam məsuliyyətlə yanaşmır. Özəl şirkət istənilən vəziyyətdə situasiyanı kommersiya baxımından qiymətləndirir. Onun müştəri itirməsi qorxusu, maliyyələşmə sahəsində qayğıları olacaq. "Azəriqaz” isə dövlət şirkəti olaraq tək fəaliyyət göstərdiyindən pis və yaxşı olmasından asılı olmayaraq vətəndaşın yalnız ondan qaz almağa məcbur olduğunu bilir. Ona görə də arxayındır, maliyyələşmə qayğısı da yoxdur. Maliyyə problemi yaşadıqda da onu dərhal dövlət kompensasiya edir.  Belə bir şirkətin inkişaf perspektivi sıfıra bərabərdir. Ona görə də "Azəriqaz”, "Azərişıq”, "Azərsu” kimi dövlət xidmətləri yalnız özəl şirkətlər tərəfindən idarə olunduğu halda inkişaf etməyə başlayacaqlar. Bu baş verməyincə həmin sahədə ikiqat maliyyələşmə və hökumətin təzyiqlərilə irəliləyiş müşahidə etsək də, onun ömrü qısa olacaq. Özəl şirkətlər isə elə bir mexanizmə malikdir ki, o öz-özünü inkişaf etdirməyə məcburdur”. 

Qeyd edək ki, uzun zamandır ki, bir sıra xidmət sahələrinin özəlləşdirilməsinin vacibliyi vurğulanır. Xüsusən də indiki şəraitdə, neftin qiymətinin aşağı düşməsi və idarətetmə sahəsində yeni metodlara keçidin başlandığı bir ərəfədə xidmət sahələrinin dövlətin nəzarəti altında qalması boş yerə büdcə xərclərinin sərf olunması deməkdir. "Azəriqaz” İB də məhz dövlət hesabına maliyyələşən xidmət sahələrindən biridir. Hansı ki, həmin sahədə mövcud olan problemlərin bir çoxu elə həmin qurumun dövlətin nəzarəti altında qalmasından qaynaqlanır.  
 
ELÇİN

OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...