"Çılpaq fotoları çəkəndə 7 aylıq hamiləydim…" - Zəhra

"Çılpaq fotoları çəkəndə 7 aylıq hamiləydim…" -  Zəhra

Son günlər bəzi media orqanlarında çılpaq qız fotosunun qəhrəmanı kimi təqdim olunan aparıcı Zəhra Rüstəmyayılan məlumatlara sərt reaksiya verərək onunla bağlı yalan məlumat yayan media orqanlarını məhkəmə verəcəyini bildirmişdi.

Sfera.az  xəbər verir ki, bütün bu məsələlərə aydınlıq gətirmək üçün aparıcı Qafqazinfo-nun suallarını cavablandırıb:

- Sizcə, 2 il bundan əvvəl sərgiyə verdiyiniz fotolar niyə məhz indi gündəmə gəlib?

- Mən yaradıcı ailədə anadan olmuşam. Atam heykəltəraş, bacım rəssam-dizaynerdir. Artıq 5 ildən çoxdur ki, hobbi olaraq foto sənəti ilə məşğul oluram. İki il bundan öncə atama və bacıma təklif etdim ki, gəlin birgə ailə sərgisi keçirək. Razılaşdıq və nəticədə "Üç Künc" adlı sərgi keçirildi. Atam miniatür büstlərini, bacım dekorativ əl işlərini, mən isə çəkdiyim fotoları nümayiş etdirdim. Mənim sərgilədiyim fotolardan bir neçəsi "NUDE" ("NUDİTE" sözündən götürülüb. Tərcümədə "çılpaq" mənasını verir) janrındadır. Bu janrdan bizdə elə də istifadə olunmasa da, antik dövrdən məşhurdur. Fotolarda modelə yox, ümumi şəklin harmoniyasına fikir vermək lazımdır. Burada gülməli olan odur ki, fotoqraf mən ola-ola şəkildəki modelleri Zəhra Rüstəm-Osmanova kimi təqdim edirlər. Həmin vaxt mən artıq 7 aylıq hamilə idim. Məni üzən odur ki, medianın bəzi nümayəndələri bu gün ucuz reytinq xətrinə qeyri-peşəkar addımlar atırlar. Məsələn "Aparıcı lüt soyundu"və ya "Zəhra Rüstəm-Osmanovanın erotik şəkilləri" adlı başlıqlarla oxucu kütləsi toplamağa çalışırlar. Axı kimə və nəyə lazımdır bu cür başlıqlar?

- Açıqlamanızda bu hadisəni təxribat adlandırmısınız. Kim və nə üçün edə bilər?

- Bu tip informasiyaları biz qəbul edəndə, ilkin olaraq, emosional olaraq davranırıq. Emosional və adekvat olaraq cavab verməyimi deyirsinizsə, hər kəs, ən azı, mənim qədər reaksiya verərdi. Bizim ölkə kiçik olduğu və hər kəs bir-birini yaxşı tanıdığı üçün, bu tip məlumatlar yayılırsa, bunun adı təxribatdır. Çox təəssüf ki, bizim cəmiyyətin bir hissəsi istənilən insanın sakitliyini pozur, istənilən insanın uğuruna sevinmir, ona palçıq atır. Bu 2 il ərzində mən tək sərgi edib kənara çəkilməmişəm. Ümumrespublika 3-cü Teatr festivalında iştirakçı olmuşam, təhsilimi davam etdirmişəm. Ən böyük uğurum isə Bakı 2015 Avropa Oyunlarında aparıcı kimi seçilməyimdir. Bu o deməkdir ki, bu 2 il ərzində faəliyyətimləvətənimə töhfələr verməyə çalışıram. Bizim mediamız həm də cəmiyyətimizin bir hissəsidir. Tələbata uyğun informasiyalar ötürülür. Baxmən buna təəssüflənirəm.

- Xəbəri yayan bir neçə saytı məhkəməyə verəcəyinizi və vəkilinizin hadisəylə bağlı işə başladığını demisiz. Məsələ nə yerdədir?

- Əslində, bu müdafiənin hücum növüdür. Biz hüquqi dövlətdə yaşayırıq. Media da hüquqi dövlətin əsas sütunudur. Medianın məhkəməsi cəmiyyət özüdür. Yəni, xalqın gözü tərəzidir. Bu gün bəzi medialarımız bu tərəzinin mizanını pozub. Biz bunu düzəltməliyik. Mən özüm də media nümayəndəsi olduğum üçünbu prosesə biganə yanaşmaq istəmədim. İstənilən hüquq pozuntusua görə dövlət də bizdən məhkəməyə müraciət etməyi məsləhət görür. Amma istəmirəm ki, hər hansı bir medianı məhkəmə qarşısında görüm. Buna səbəb mən olsam belə. Media işçiləri pullu oliqarxlar deyillər ki, onlara kəsilən təzminatı ödəyə bilsinlər. Onların da ailəsi və övladları var. Mən bütün media işçilərinin ailəsinə və övladlarına dəyər verirəm. Heç kimin çörəyinə bais olmaq istəmirəm. Maddiyyat zəmanəsində yaşayırıq. Bilirəm ki, hər kəsin, xüsusən də media işçilərinin maddi durumu elə də yaxşı deyil. Ammabu gün mediamıza dövlətin diqqəti var. Cəmiyyətimizin də diqqəti böyükdür mediamıza. Biz bu etibarı itirməməliyik. Cəmiyyət doğru informasiyalarla formalaşır. Yanlış informasiyalar cəmiyyəti uçuruma aparır. Biz bu uçurumun iştirakçısı olmamalıyıq. Yəni indiki durumda məhkəməyə müraciət etməyəcəm. Lakin bir vicdan məhkəməsi də var. Mən onları öz vicdanları ilə baş-başa buraxıram. Ammabu kimi hallar təkrarlanarsa, hüquqi dövlətdə yaşadığımız üçün biz məhkəmə müstəvisində görüşəcəyik.

- Siz ANS-in aparıcısı kimi təqdim olunmağınıza da reaksiya verərək heç bir yerdə işləmədiyinizi və bu təqdimatın yanlış olduğunu demisiz.

- Bəli, ANS televiziyası artıq institutlaşmış bir qurumdur. Burada təkcə mənim deyil, həm də ANS kanalının hüquqları pozulub. Qeyd etdiyim kimi, 2 ildir ki, mən ANS kanalının əməkdaşı deyiləm. Ona görə dəANS kanalından heç bir münasibət bildirilməyib. Bu da məlumatın tarixsiz olduğunun göstəricisidir. Peşəkarlıq informasiyanın dəqiq, düzgün və qərəzsiz çatdırılmasıdır. Daha 2 il bundan əvvəl baş vermiş hadisənin bu gün işıqlandırılması və kimlərinsə dirnaqarası maraqlarına xidmət etməsi yox.

Ana olandan sonra ANS kanalından öz ərizəmlə uzaqlaşdım. Hazırda analıq məzuniyyətindəyəm. Çünkianalıq qadın üçün karyeradan öncə gəlir. Bu 2 il ərzində övladımı yetişdirmək, ailəmə daha çox zaman sərf eləmək mənim üçün daha önəmlidir. Bu iki il ərzində akademik olaraq özümü inkişaf etdirmişəm. Çox təəssüf ki, bəzi həmkarlarım, insanların uğurundayox, onu ləkələməkdə maraqlıdırlar. Bu isə jurnalist etikasına uyğun deyil. Həm də, bu onun formalaşdığı mühitin "təhsilidir". Mən də, ailəm də, övladım da həm cəmiyyətimizə, həm də dövlətimizə daha yararlı olmalıyıq.

- Hadisəyə reaksiyanız gözləniləndən sərt oldu. Bu xəbər ailənizdə hansısa bir problem yaratdı deyə bu cür sərt mövqə göstərdiniz, ya başqa səbəb?

- Mən həm qadın, həm ana, həm də övladam. Sərt mövqeyimin səbəbi isə çox sadədir: televiziyadan uzaqlaşdığım 2 il ərzində bəzi media nümayəndələri ancaq bu sərgidən yazır. 2 ildən sonra köhnələn və o vaxt belə düzgün təqdim olunmayan bir xəbəri yeni hadisə kimi qələmə vermək, qərəzli şəkildə münasibət göstərmək, ucuz reytinq xatirinə mənim adımdan istifadə etmək qarşısında belə reaksiya göstərməyim normaldır. Söhbətimizin əvvəlində qeyd etdim ki, mən yaradıcı ailədə anadan olmuşam. Təbii ki, ən az, mənim qədər atam da, yoldaşım da, mənə yaxın və əziz olan hər kəs bu xəbəri əsəb və stressləqarşıladı. Çünki təqdim olunan xəbər və keçirilən sərgi arasında "dağlar qədər" fərq var.

- Həyat yoldaşınızın bu xəbərlərə münasibəti necə oldu? Onun da ictimaiyyət adamı olmasının bu kimi nüanslarda sizə yardımı olur?

- Ailəm hər zaman mənim arxamdadır. Həyat yoldaşım da həmçinin. Oçox gözəl bilir ki, mən necə insanam və mənə güvənir. Onların dəstəyini hiss etmək, mənim arxamda olduqlarını bilmək mənə əlavə stimul verir. Ailəm bilir ki, mən düz yoldayam. Sizə də diqqətiniz və obyektiv mövqeyimi işıqlandırığınız üçün həm öz adımdan, həm də ailəm adından təşəkkür edirəm.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Birbank-la hər gediş 20% keşbek qazandırır

Ölkənin ilk rəqəmsal bankı Birbank ictimai nəqliyyatdan istifadə edən müştərilər üçün yeni kampaniyaya start verib. Belə ki, “BakıKart”ın QR ödənişl...

"Ermənistan rəhbərliyi COP29-a dəvət edilib" - ŞƏRH

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, noyabr ayında on minlərlə iştirakçı COP29-la bağlı Bakıya səfər edəcək:   ...

Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları - ADLAR

Son bir ildə Azərbaycanda bəzi ərzaq məhsullarının qiymətində nəzərəçarpacaq artım qeydə alınıb.   Sfera.az Dövlət Statistika Komitəsinin qiymət müa...

Xəyanəti heç vaxt bağışlamayan 3 BÜRC - ADLAR

Bu bürclər xəyanəti heç vaxt bağışlamır.   Sfera.az həmin bürcləri təqdim edir:   Əqrəb Bu bürcün nümayəndələrinə xəyanət edənin ...

"Leyla Nəcəfquliyeva vəzifəsini yerinə yetirmədiyi üçün işdən çıxarılıb" - AÇIQLAMA

İmişli rayonu Aranlı kənd Y.Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyevanın sosial şəbəkələrdə yayılan videosu müzaki...

Diplomatik korpus nümayəndələrinin Kəlbəcərə səfərindən VİDEO

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə...