Polis bayraq açan azarkeşi ikinci mərtəbədən yerə atdı - VİDEO

Polis bayraq açan azarkeşi ikinci mərtəbədən yerə atdı -  VİDEO

Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur.

Sfera.az futbolinfo.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qəbələ" evdə Kipr "Apollon"unu 1:0 hesabı ilə məğlub edərək, pley-off mərhələsinə vəsiqə qazanıb.

"Bakcell Arena"da keçirilən oyun həm də arzuolunmaz hadisə ilə yadda qalıb. Belə ki, "Qəbələ"nin Bakıda yerləşən fan-klubunun üzvləri oyundan sonra tribunada Türkiyə bayrağı açdığı üçün polislərin hücumuna məruz qalıb. Polislər həmin azarkeşləri döyüb. Hətta fanatlardan birini döyərək, ikinci mərtəbədən aşağı atıblar.

Bu vəhşiliyə dözməyən "Qəbələ" klubunun rəsmiləri də polislərə etiraz ediblər. Hazırda həmin fanatlar arasında özündən gedənlər var və ətrafdakılar onlara kömək edir. Digər tərəfdən stadiondan çıxan azarkeşlərin əksəriyyəti isə evlərinə getməyib. Onlar stadionun qabağında polislər əlehinə şüarlar səsləndiriblər.


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...