"Azərbaycanda tıxacla fəxr etmək lazımdır, deməli, xalqımızın maşın almağa imkanı var" - Deputat

Milli Məclisin deputatı Rüfət Quliyev bəzi sulları cavablandırıb. Müsahibə zamanı millət vəkili paytaxtda tez-tez rast gəlinən tıxacla bağlı maraqlı fikir səsləndirib. 
 
Sfera.az müsahibənin diqqət çəkən həmin hissəsini sizə təqdim edir:

- Artıq 2019-cu ilin ilk 10 gününü arxada qoymuşuq. Təəssüf, bəzi problemlər var ki, ilbəil davam edir. O problemlər tıxac, məmurların özbaşınalığı və digərləri. Bu barədə nə deyə bilərsiniz?

- Tıxacla fəxr etmək lazımdır. Çünki bu o deməkdir ki, Azərbaycan xalqının maşın almağa imkanı var. Elə insanlar var ki, hətta onun 2 maşını var. Mənim 2-3 işim olanda əvvəlcədən planlaşdırıram. Çalışıram ki, mərkəzi yola girməyim. Çünki tıxaca girdimsə 2-3 saata ancaq çıxacam. Azərbaycan sivil Avropa yolu ilə gedir. Avropada olan tıxac, atmosferin çirklənməsi kimi problemlər bizdə təzə aradan qaldırılmağa çalışılır. Yollar tikilir, amma bu yollardan nə qədər tikilməlidir ki, problem aradan qaldırılsın. Zaman gələcək insanlar mərkəzdə yaşamaq istəməyəcək. Mərkəzdəki evini kirayə verib şəhərdən kənarda yaşayacaqlar. Bu gün Moskvada da belədir. İnsan işə neçə saata gəlib çıxar?!
Bundan əlavə biz fəxr etməliyik ki, restoranlarımız çoxdur.

- Amma şəhərdəki restoranların bir çoxunda dil problemi var. Menyular xarici dilində olur.

- Siz çalışın hər şeydə problem tərəfini axtarmayın, yaxşı tərəfdən baxın. Əgər o restoranlara xaricilər girməsə menyular Azərbaycan dilində yazılar. Bir azdan ərəblərin şəhərdə sayı çoxaldıqca menyular ərəb dilində olacaq. Bəli bizdə "restoran işçisi" problemi var. Çünki bizim yaxşı restoran işçilərimizin bir çoxu Rusiyaya qaçıblar. Onlar orda rahat pul qazanırlar. Ümumiyyətlə. ofisiantlıq və digər buna oxşar işlər insanın həm içindən gəlməli, həm də bacarığı olmalıdır. Fəhləliyin özü bu gün adi iş deyil. Dövran və texnologiya dəyişib. Ofisiantlar və digər ixtisas sahibləri öz işinin peşakarı olmaldır.
 
Müsahibəni daha ətraflı sonxeber.az saytından oxuya bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...