Həftənin ilk iş gününə hava proqnozu

Həftənin ilk iş gününə hava proqnozu
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7°, gündüz 7-9° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin səhər və gündüz bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, dağlıq ərazilərdə 5-7° şaxta, gündüz 4-9° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4° şaxta, gündüz 0-3° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz hava gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5° isti, gündüz 7-10° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz hava olacaq. Bəzi yerlərdə duman gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3° dək isti, gündüz 4-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-3° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz hava gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Dağlarda duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti , gündüz 2-7° isti təşkil edəcək.

OXŞAR XƏBƏRLƏR

Avropa İttifaqı tanınmış rus kinorejissoruna sanksiya tətbiq edi - FOTO

Avropa İttifaqı Rusiyanın xalq artisti Karen Şahnazarov və daha 9 rusiyalı şəxsə qarşı sanksiya tətbiq edib.    Sfera.az bu barədə Avropa İttifa...

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya arasında davam edən gərginliyə son qoymaq məqsədilə tərəflər atəşkəs razılaşmasına gəliblər.  Sfera.az xəbər verir ki, bu barədə ABŞ-...

Ermənilər Ağdamda qəbirlərdən protezləri oğurlayıblar - FOTO

Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti altında Ağdam şəhərindəki İmarət kompleksində 2023-cü ilin mart ayından başlayaraq dayanmadan arxeoloji tədqiqatl...

FHN çimərliklərlə bağlı əhaliyə müraciət edib - VİDEO

Kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur....

48 yaşlı qadın kanalda batdı

Füzulidə 48 yaşlı qadın kanalda batıb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Baş Mil Kanalının rayonun İkinci Mahmudlu kəndi ərazisi...

Borcunu qaytarmayan 36 nəfər saxlanıldı

İyulun 18-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera....