Füzuli və Cəbrayılın işğal günüdür- 22 il

Füzuli və Cəbrayılın işğal günüdür-  22 il

Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 22 il ötür. 

Sfera.az qafqazinfoya istinadənverdiyi məlumata görə, 1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib.

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Rayonunun ərazisi 1386 kv.km, əhalisi təxminən 105 min nəfərdir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb.

Füzuli rayonu 1988-ci ildən başlayaraq mütamədi olaraq ermənilərin hücumuna məruz qalıb. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub.

Ərazisi 1050 kv.km olan Cəbraylın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

Cəbrayıldan olan 61100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.


OXŞAR XƏBƏRLƏR

Bu restoranlar cərimələndi

Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Q...

Mikayıl Cabbarov Məhəmməd Əbunəyyan ilə görüşdü

Otuzuncu Bakı Enerji Həftəsi çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin İdarə Heyətinin...

Əli Əsədov Olivye Bukalla görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 3-də Seneqalın dövlət idarəçiliyi və dövlət xidmətlərində islahatlar naziri Olivye Bukalla görüşüb.   Sfera...

“Bakı Enerji Həftəsi” ölkəmizin regionun enerji sektorundakı lider statusunu təsbit edir

Müasir dünyada enerji amili istisnasız olaraq bütün ölkələr üçün həm də milli təhlükəsizlik məsələsidir. Əgər Yaşıl enerjiyə keçidin bir səbəbi ətraf mühitin qo...

Həftənin 3 şanslı bürcü – Sevgi və pul gəlir!

Yeni həftə bəzi bürclər üçün sevgi və maddi bolluq vəd edir. Sfera.az xəbər verir ki, göy qübbəsindəki müsbət enerjilər münasibətlərdə istilik, maliyy...

ABB Qarabağ Universitetinin 50 tələbəsinətəqaüd ayıracaq

İyunun 2-də Xankəndidə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilib. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Qar...