"Yararsızlar ortalıqda dolaşırlar..." - Xalq artisti müğənniləri tənqid etdi - VİDEO

Cəmiyyət
01:00 / 11.05.2018
11575
"Hər bir insan evdən işə gedərkən fikirləşir ki, ruzisini qazanacaq. Müğənnilərdə də vəziyyət eynidir. Mən hansısa bir işə qol qoyanda ilk növbədə həmin işin pul tərəfini ölçmürəm. Türkiyədə miqyas daha böyükdür, qazanc imkanı da böyükdür. Avropanın astanasıdır. Ona görə bizim müğənnilərimiz bu qədər Türkiyəyə can atırlar. Pis bir şey görmürəm. Ancaq əfsuslar olsun ki, son 15 ildə böyük uğur qazanan ifaçılar olmayıb".
Bizim sfera elədir ki, bizə müraciət etdiyin qədər həkimin yanına getmirsiz. Ürəyin ağrıyanda həkimə gedirsən, ancaq qəlbin ağrıyanda həkimə getmirsən, musiqi dinləyirsən. İnsanlar atasına, anasına, həyat yoldaşına deyə bilmədiklərini bizimlə, mahnılarımızla bölüşürlər”.
Ağayev sənətçilərin Türkiyə şou-biznesinə can atmasından söz açıb:
"Bizimkilər gedib orda Hande Yener kimi, Tarkan kimi, Aleyna Tilki kimi, Ajda Pekkan kimi bir yer tutmaq istəyirlər. Bu isə mümkün deyil.
Bu sözləri xalq artisti Faiq Ağayev "Şou məkan” proqramında deyib. Müğənni qeyri-peşəkarlıqdan söz açıb:
"İndi istənilən biri özünə psixoloq, diyetoloq deyir, istənilən sahənin "hərşeyşünası" olur. Eynilə də müğənnilikdə, musiqidə. Peşə baxımından yararsız insanlar ortalıqda gəzib dolaşırlar. Nə isə etmək istəyirlər. Ancaq əgər yararsızsansa, nə edəcəksən?
Ağayev sənətçilərin Türkiyə şou-biznesinə can atmasından söz açıb:
"Bizimkilər gedib orda Hande Yener kimi, Tarkan kimi, Aleyna Tilki kimi, Ajda Pekkan kimi bir yer tutmaq istəyirlər. Bu isə mümkün deyil.
Bizdə Manana "əməkdar artist" oldu, Azərbaycan vətəndaşlığını qəbul etdi. Manana digər Azərbaycan vətəndaşları kimi istədiyi məclisdə gedib iştirak edir, dəvət olunduqda pulunu qazanır. Biz daha qonaqpərvərik.
Türkiyə sırf kapitalist qanunları ilə idarə olunur. Bu şou-biznesə də aid olduğundan bizim müğənnilər üçün çətin olur. Vacib olan sənin potensialın deyil, odur ki, şirkətlər sənlə maraqlansınlar və pul ödəsinlər. Təəssüf ki, bizimkilər şirkətlərə pul verirlər”./axsam.az
[video=//
]