Ağız qoxusunun qarşısını alan, dərini gəncləşdirən heyva tumunun faydaları

Ağız qoxusunun qarşısını alan, dərini gəncləşdirən heyva tumunun faydaları

Heyvanın özü, qabığı, tumları, hətta yarpağı və çiçəyi ayrı-ayrılıqda min bir dərdə şəfadır. Bir sözlə, kalorisi az olan meyvənin faydaları saymaqla bitmir.

Onun şəfası barədə hələ qədim insanlar da məlumatlı idilər. Məsələn, qədim dövrlərdə romalılar ətirləri də heyva tumu ilə zənginləşdirərdilər. İndi isə ən bahalı kremlərin xam maddəsini heyva tumu və digər inqredientlər təşkil edir. Ona görə də heyva tumu gözəllik sektorunda daha çox gənclik iksiri kimi tanınır.
 
Sfera.az publika.az-a istinadən bildirir ki, heyva antioksidant xüsusiyyəti sayəsində yara və ləkələri yox edir, o cümlədən sızanaqlar üçün də təbii dərman funksiyasını yerinə yetirir.  
 
Qırışlar üçün maska
Dəriyə təbii botoks effekti verən maska hazırlamaq üçün 7-8 ədəd heyva tumunu çıxardıb 1 stəkan ilıq suda, ağzı açıq şəkildə 1 gün saxlayın. Jele kimi bir məhlul alınacaq. Onu üzə, boyuna sürtün və 20 dəqiqə dərinizdə saxlayın. Üzünüzü ilıq suyla yuyun. Tez başa gələn maska dərini yumşaldır və elastikliyini bərpa edir, qırışları azaldır. Maskanın 20 gün müddətində müntəzəm istifadəsi şərtdir.
 
Qeyd edək ki, su yerinə gül suyu da istifadə edə bilərsiniz. Əlbəttə, bu daha yaxşı effekt verər.
 
Heyva tumu ancaq gözəllik sektorunda deyil, sağlamlıq problemləri ilə əlaqədar da istifadə edilir. Belə ki heyva tumunun bronxitə, öskürəyə, mədə və bağırsaq problemlərinə müsbət təsiri danılmazdır. Heyva tumu ciyərlər də üçün olduqca faydalıdır.
 
Heyva yarpağı və çiçəkləri soyuqdəymədə və mikroblarla bağlı narahatlıqlarda istifadə edilə bilər.
 
Uşaqlarda rast gəlinən ishal problemini ortadan qaldırır. 
 
Heyva tumu ağız yaraları və qoxusunun qarşısını almaqda da olduqca təsirlidir.
 
Öskürək: Heyva tumunu alma çəyirdəyi və bal ilə birlikdə qarışdırıb məcun halında qəbul etsəniz və su ilə qaynadıb içsəniz, öskürəyi kəsər.
 
Sidik yolu iltihabı: Heyva tumunu qaynadıb suyunu şəkərsiz konfetlə içmək sidik yolu iltihabına yaxşı təsir etsə də, acqarına içmək təklif edilir.
 
Anemiya: Heyva suyu üzüm kompotu ilə bərabər, içildiyi zaman qan azlığı kimi problemləri yox edir. Heyvanın tükləri qanayan yaraya qoyulsa, qanaxmanın qarşısını alır.
 
Sakitləşdirici vanna: Heyva yarpaqlarını qaynadıb suyunda vanna qəbul etmək sinirləri sakitləşdirər.
 
Susuzluq: Heyva sərinləşdirici xüsusiyyəti ilə həm susuzluğu aradan qaldırır, həm də bədənə sərinlik gətirir.
 
Ürək: Heyvanın özü, kompotu və tumu, bunları çiy yemək ürək xəstəliklərində ən əsas qidalardır.


OXŞAR XƏBƏRLƏR