“Nurgün Motors”un prezidenti həbsdən çıxan oğlunu belə CƏZALANDIRDI

“Nurgün Motors”un prezidenti həbsdən çıxan oğlunu belə CƏZALANDIRDI
 "Nurgun Motors" şirkətlər qrupunun rəhbəri Nuru Əliyevin oğlu Nurxan Əliyevin həbs müddəti başa çatıb.

Sfera.az musavat.com-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl 15 sutkalıq həbs cəzası sona çatan N.Əliyev hazırda piyada gəzir. Atası N.Əliyevi tənbeh etmək məqsədi ilə onu maşınsız qoyub.

Xatırladaq ki, Nəsimi rayon Məhkəməsinin qərarına əsasən N.Əliyev polisin əmrinə tabe olmamaqda təqsirli bilinib. Hakim Elman İsayevin sədrlik etdiyi iclasda N.Əliyev 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilmişdi. N.Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib. Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib. "İnfiniti" markalı avtomobilin sərnişini Nurxan Nuru oğlu Əliyev yol ilə paralel hərəkət edən YPX avtomobilində olan polisləri təhqir etmiş, polisin "Saxla!" əmrinə tabe olmamışdı. Sonradan avtomobili dayandırmışdılar. N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirmişdi. Ardınca sürücü və sərnişin xidməti maşını idarə edən digər polisi təhqir etmişdi. Varlı biznesmen oğlunu əraziyə çağırılan Polis Post Patrul Xidmətinin əməkdaşları da sakitləşdirə bilməmişdilər.

Araşdırma zamanı məlum olub ki, avtomobil "Nurgün Motors" şirkətlər qrupuna məxsusdur. Sürücü və sərnişinin isə qanunvericilikdə nəzərdə tutulan qaydada avtomobili idarə etmək hüququ yoxdur. Onlar asayiş keşikçilərinə göstərdikləri müqavimətə görə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis bölməsinə aparılıb. Bundan sonra sərnişin N.Əliyev Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Məntəqədə həkim yoxlanışı zamanı onun sərxoş olduğu müəyyən edilib. Bu olay ictimiləşəndən sonra N.Əliyevə yüngül cəza təyin olunduğu da üzə çıxmışdı. Bildirilirdi ki, hakim Elman İsayev varlı biznesmen oğluna qarşı həddən ziyadə humanistlik nümayiş etdirib. Cinayət Məcəlləsinin 315-ci - hakimiyyət nümayəndəsinin tələbinə tabe olmama, hakimiyyət nümayəndəsinə zor tətbiq etmə maddəsini İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə çevirməklə ona yüngül cəza təyin edib.

OXŞAR XƏBƏRLƏR

TikTok-a maraq niyə artır? - Hər yaşda insan bu platformadadır

Son illərdə sosial media platformaları arasında sürətlə yüksələn və xüsusilə gənclər arasında məşhurluq qazanan TikTok, artıq yaş məhdudiyyətini aşaraq geniş au...

Uşağı hava limanında qoyub, tətilə getdilər

İspaniyada tətilə gedən valideynlər 10 yaşlı övladlarını Barselona hava limanında tərk ediblər.   Sfera.az xəbər verir ki, uşağın sənədlərinin müddət...

Alparslan Bayraktardan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerji qaynaqlarının və digər logistik həllərin Türkiyəyə çatdırılacağına ümid edirik.   Sfera.az ...

Manatının nominal və real effektiv məzənnələri azaldı

Bu ilin iyulun 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,6 bənd təşkil edib.   Bu barədə Sfera.az Azə...

Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ!

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlum...

Qəzaya düşən yeniyetmə xəstəxanada öldü

Qala qəsəbəsində qəzaya düşən 18 yaşlı yeniyetmə xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, hadisə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətinə ...