Bakı metrosunda bu stansiya çökə bilər (AÇIQLAMA)

Bakı metrosunda bu stansiya çökə bilər (AÇIQLAMA)
 "Azadlıq" metrostansiyasının üzərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binası metrostansiya üçün təhlükə yaradır.

BiG.AZ xəbər verir ki, bəzi sosial şəbəkə istifadəçiləri sözügedən stansiyanın demək olar ki, üzərində tikilmiş Abşeron Kristal MMC-yə məxsus yeni yaşayış kompleksinin metronun çökməsinə səbəb olacağını bildirib. Sosial şəbəkə istifadəçiləri iddia edir ki, bu stansiyanın platformasının sütunsuz olması vəziyyəti daha da təhlükəli edir.

Məsələ ilə bağlı axar.az-a açıqlama verən Bakı Metropoliten QSC-nin mətbuat katibi Nəsimi Paşayev bildirib ki, paytaxtda fəaliyyət göstərən bütün stansiyaların üzərində yaşayış binaları yerləşir:

"Bakıda fəaliyyət göstərən metrolar hamısı yeraltından keçir. Bütün stansiyaların üzərində də tikililər var. Həmçinin də "Azadlıq” stansiyasının. İndiyə qədər bu stansiyanın ətrafında bir çox şirkətlər tikinti aparıb, həmçinin uzun illərdir yaşayış binaları da var.

Bakı Metropoliteni QSC heç vaxt sərnişinlərin hərəkətinə mane törədə biləcək və ya sərnişinlərin həyatına təhlükə yarada biləcək bir işin aparılmasına icazə verməz. Metronun üstündə tikililərin olması normaldır. Bakı metrosunun 25 stansiyası və 3 xətti var. Onların hər birinin üstündə də tikililər mövcuddur”.

OXŞAR XƏBƏRLƏR

Dollar bu gün neçəyədir? - RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.   Sfera.az-ın məlumatına görə, 2025-ci il iyulun 21-də ABŞ dollarının məzənnəsi də...

Sumqayıtdakı yanğında 17 nəfər tüstüdən zəhərlənib - SİYAHI

Sumqayıtda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin adları məlum olub.   Sfera.az məlumat verir ki, Sumqa...

Leyla Əliyeva muzeydə - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Milli Azərbaycan Tarixi Muzeyində olub.   Sfera.a...

Türkiyədə avtobus qəzası: Ölən yaralananlar var

Sivasın (Türkiyə) İmranlı rayonunun Kızıldağ aşırımında sərnişin avtobusu aşıb.   Sfera.az İHA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 3 nəfər ...

Bu gün hava neçə dərəcə isti olacaq? - PROQNOZ

İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən Bakıda və Abşeron yarımadas...

Xırdalanda yayılan görüntülərlə bağlı - DİN-dən açıqlama

Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayıl...