“ATV Səhər” yenidən efirdə: aparıcısı özüm olacağam

“ATV Səhər” yenidən efirdə: aparıcısı özüm olacağam

Xəbər verildiyi kimi, bu ilin may ayından Azad Azərbaycan telekanalında yayımlanan "ATV səhər” proqramının fəaliyyəti dayandırılıb. Proqramın bağlanmasına səbəb Turan İbrahimlinin millət vəkili, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadəni tənqid etməsi əsas gətirilirdi. Bu arada sosial şəbəkələrdə Turan İbrahimlinin ATV-dən uzaqlaşması və sentyabr ayından fəaliyyətini başqa kanalda davam etdirəcəyi iddia olunur.

Sfera.az-ın məlumatına görə, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Turan İbrahimli bildirib ki, onun ATV-də fəaliyyətini dayandırması ilə bağlı deyilənlər yalandır:

"Əvvəla qeyd edim ki, hazırda ATV-nin İctimai-Siyasi Məsələlər və İctimaiyyətlə Əlaqələr departamentinin və ATV "Səhər” proqramının rəhbəriyəm. İlk dəfə sizin vasitənizlə bəyan edirəm ki, sentyabr ayından "ATV Səhər” verilişi yenidən ekranlarda olacaq. Proqram qaldığı yerdən fəaliyyətini davam etdirəcək. "ATV Səhər”in dekorasiyasından tutmuş, formatına qədər hər şey olduğu kimi yenidən tamaşaçların ixtiyarına veriləcək. Təbii, hər zamankı kimi verilişin aparıcısı və müəllifi özüm olacağam”.

T.İbrahimli əlavə edib ki, artıq "ATV Səhər”in anonsu da hazırdı və yaxın günlərdə nümayiş olunacaq.

Sfera.az



OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...