Zabit Səmədov: Növbəti görüşümü Bakıda keçirmək istəyirəm – VİDEO

Zabit Səmədov: Növbəti görüşümü Bakıda keçirmək istəyirəm – VİDEO
 Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistan Respublikasının paytaxtı Qroznıda hollandiyalı Errol Tsimmerman üzərində inamlı qələbə qazanıb. 

Sfera.az xəbər verir ki, tanınmış idmançımız döyüşdən sonra dsport.az saytına müsahibə verib.

- Hollandiyalı rəqiblə görüşdə qələbə qazanmaqla revanş aldınız. 2008-ci ildə Avropa Qran-Prisinin finalında hakimlər qələbəni Hollandiya idmançısına vermişdi. Demək olar ki, revanş baş tutdu?

- 9 il əvvəl fərqli döyüş olmuşdu. Əminliklə deyirəm ki, o vaxt uduzmadım. Sadəcə, hakimlər qələbəni rəqibə verdi. Biz etiraz etsək də, xeyrimizə olmadı. Halbuki görüşü yüksək səviyyədə keçirmişdim. Ona görə əsas məqsədimiz qalib gəlmək idi. Son illər ancaq revanş haqqında düşünürdüm.

- Errol Tsimmerman indi və 9 il əvvəl... Hansı görüşdə daha güclü idi?

- İndi daha güclü idi. Məndən 20 kq ağır olması nəticəyə təsirsiz ötüşmədi. Üstəlik, məndən cavandır. Ona görə çətin görüş oldu. Xal hesabına sonda qalib elan olundum. Fürsətdən istifadə edərək, mənə dəstək olan bütün insanlara təşəkkür edirəm.

- Zabit Səmədovun növbəti görüşü nə vaxt olacaq?

- Hazırda istirahət barədə düşünürəm. İki həftə dincəlmək istərdim. Ardınca növbəti görüşlər barədə müzakirələr olacaq. Menecerimin sözlərinə görə, Türkiyə, BƏƏ-də turnirlərdə iştirak variantları var. Amma növbəti görüşümü Bakıda keçirmək istəyirəm. Doğma azarkeşlərimiz üçün darıxmışam.

- Görüşün Azərbaycanda təşkil olunması üçün nə lazımdı?

- Müəyyən insanlar kömək edəcəyini bildirib. Hazırda dəqiq fikir söyləmək düzgün olmaz. Lakin Bakıda güclü idmançıların iştirakı ilə turnirin keçirilməsi müzakirə olunur. Bakıda çıxış etmək həmişə xoşdur.

- Yenidən əslən mərakeşli Badr Hariylə rinqdə görüşünüz gözlənilirmi?

- Badr Hariylə son dəfə görüşümüz zamanı bir sıra məsələlərdən danışdıq. Amma görüş barədə söhbət olmadı. Hazırda hər ikimiz "Ahmat" klubunun üzvüyük. Badr Hari kimi güclü idmançılardan təkliflər var. 

- Adətən, müəyyən yaşdan sonra idmançılar döyüşməyin çətin olduğunu söyləyir. Son görüşün çətin olduğunu söylədiniz. Bunun yaşla əlaqəsi var?

- İdmançının yaşı artdıqca təcrübəsi çoxalır. Daha çox məşq etmək lazımdır. Son görüşdə rəqib məni yaxşı öyrənmişdi. Ona görə çətin oldu. Nə vaxt yorğunluq hiss etsəm, açıq söylərəm. Hazırda gücüm var, ona görə karyeramı davam etdirəcəm.



OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı müğənni sənətdən GETDİ - İsraildə həkim işləyir

Müğənni Emil Bədəlov açıqlması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, o, üzvü olduğu keçmiş "N-brothers" qrupu barədə danışıb. &nb...

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...