Mənzillər su qiymətinə - bəs ipoteka?

Mənzillər su qiymətinə -  bəs ipoteka?

“Ölkədə ipoteka kreditlərinin verilməyə başlandığı tarixdən, yəni 2006-cı ildən keçən dövr ərzində bu ildəki qədər sözügedən məsələ heç vaxt ciddi müzakirə obyektinə çevrilməmiş, dövlət və hökumət tərəfindən mövcud mexanizmin effektliyini artımaq istiqamətində müvafiq addımlar atılmamışdı”.

Bunu ATV.AZ saytına açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov bildirib. Mənzil bazarında qiymətlərin düşməsi və bunu ipoteka qiymətlərinə təsiri ilə bağlı açıqlamasında ekpert bildirib ki, bu və ya digər bazarda qiymət dəyişiklikləri ilə qanunvericilikdə həyata keçirilən və yaxud da keçirilməsi nəzərdə tutulan təşəbbüslər ayrı-ayrı məsələlərdir. Məlumdur ki, hazırda adi ipoteka kreditləri maksimum məbləği 50 min manat olmaqla 25 illik müddətinə ildə 8 %-lə, ilkin ödənişi isə 20% ilə, sosial (güzəştli) ipoteka isə maksimum yenə 50 min manat olmaqla 30 ilə, illik 4%-lə, ilkin ödənişi isə 15 % təşkil etməklə verilir. Məsələ bundadır ki, ölkədə ipoteka kreditlərinin verilməyə başlandığı tarixdən, yəni 2006-cı ildən keçən dövr ərzində bu ildəki qədər sözügedən məsələ heç vaxt ciddi müzakirə obyektinə çevrilməmiş, dövlət və hökumət tərəfindən mövcud mexanizmin effektliyini artımaq istiqamətində müvafiq addımlar atılmamışdı. Bunu təkcə, Prezidentin 27 oktyabr tarixdə imzaladığı “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqda Fərmana əsasən demirik. Ümumiyyətlə, cari ildə ipoteka mövzusunu ilk dəfə Prezident qaldırdı. Belə ki, ilin I yarısında hökumətin ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair dövlət başçısının rəhbərliyi altında keçirilən iclasında mövcud iqtisadi və maliyyə çətinliklərə, neftin qiymətiylə əlaqədar gəlirlərin azalmasına baxmayaraq, büdcədən ipoteka kreditləşdirilməsinə 200 milyon manat ayırmaq haqda məsələ irəli sürüldü. Hazırda bnun necə paylanacağı, hansı şərtlərlə bölüşdürüləcəyi suallar doğurur. Lakin, hökumətin müvafiq strukturları tərəfindən təkliflər hazırlanır və faizlərin aşağı salınacağı, maksimal məbləğin isə artırılacağı gözlənilir. Belə ki, ölkə Prezidentinin göstərişinə əsasən 200 milyon manat ayrıldıqdan sonra həm sosial, həm də adi (kommersiya) ipoteka kreditlərinin məbləğinin 2 dəfə artırılaraq 100 milyon manata çatdırılacağı, faiz dərəcələrinin də adi ipotekada 8-dən 6%-ə, sosial ipotekada isə 4-dən 2%-ə qədər endiriləcəyi deyilir. Konkret olaraq, Sizin aylıq ödənişi 100-150 manata bərabər ola bilən ipoteka kreditləşdirilməsi mümkünlüyünə gəldikdə isə, bu, daha çox sosial mənzillərin tikintisi kimi müvafiq layihələrin olmasına aid bir məsələdir.. Belə bir Dövlət Proqramı bizdə hələki yoxdur. Bazarda isə qiymətlər bu gün ensə də, sabah qalxa bilər.(ATV.AZ)


OXŞAR XƏBƏRLƏR