Daxili İşlər Nazirliyində işləmək istəyənlərin nəzərinə! VAKANSİYA

Daxili İşlər Nazirliyində işləmək istəyənlərin nəzərinə! VAKANSİYA
Daxili İşlər Nazirliyində işləmək istəyənlərin nəzərinə!

BiG.AZ-ın məlumatına görə, Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə regional qurumlarında vakant olan baş inspektor vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Müsabiqədə Azərbaycan Respublikasının ali təhsil müəssisələrini "jurnalist” ixtisası üzrə bitirmiş, müxbir kimi əmək stajına malik olan, yaşı 30-dan yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, boyu 165 santimetr və yuxarı (qadınlar üçün 160 santimetr və yuxarı) olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən, aşağıda göstərilən şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və hal-hazırda yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər:

Gəncə regionu üzrə: Gəncə, Goranboy, Göygöl, Samux, Şəmkir;

Şirvan regionu üzrə: Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan;

Quba regionu üzrə: Quba, Xaçmaz, Qusar;

Lənkəran regionu üzrə: Lənkəran, Astara, Masallı;

Şəki regionu üzrə: Şəki, Mingəçevir, Oğuz, Qəbələ;

Bərdə regionu üzrə: Bərdə, Ağdam, Tərtər, Yevlax.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci ilin aprel ayının 17-dən may ayının 17-dək //www.mia.gov.az/index.php?/az/content/29942/ ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin [email protected] internet ünvanına göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;

- ali təhsil haqqında diplom;

- hərbi bilet (kişilər üçün);

- əmək kitabçası.

Müsabiqə qalibləri müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrları tərkibinə daxil ediləcək və onların qanunvericilikdə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan imtiyazlardan istifadə hüququ olacaq.

Əlavə məlumat almaq üçün əlaqə telefonlar: (012)-590-99-07; (055) 861-73-11; (012)-590-93-64.

OXŞAR XƏBƏRLƏR

Zelenski: "Rusiya onların varlığından xəbərdar olmalıdır"

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin uzaqmənzilli silahlar əldə edəcəyi halda hərəkət etməyə və güc nümayiş etdirməyə hazır olduğunu bildirib.  ...

Cəlilabadda dağlıq ərazidəki yanğın tam söndürüldü

Cəlilabad rayonunun Zopun kəndi istiqamətində dağlıq ərazidə baş verən yanğın tam söndürülüb. Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliy...

İcra başçılarının neçə müavini var? - Statistika

2025-ci ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanda yerli icra hakimiyyəti başçılarının 196 müavini var.   Sfera.az Dövlət Statistika Komitəsi...

Prezidentlə təkbətək görüşü oldu - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.   Sfera.az xəbə...

"Bu, İranın aciz görünməsinə gətirib çıxaracaq" - AÇIQLAMA

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Te...

"Trampın Azərbaycana diqqəti təsadüfi deyil"

ABŞ- Azərbaycan əlaqələrində yeni dinamika müşahidə olunur. Rəsmi Bakı ABŞ ilə siyasi əlaqələrini ümumi Cənubi Qafqaz kontekstdə qurur. ABŞ-nin regiona gəlməsi ...