Azərbaycanda 2 ailədə nadir xəstəlik aşkarlandı

Azərbaycanda 2 ailədə nadir xəstəlik aşkarlandı

 

Azərbaycanda 2 ailədə nadir xəstəliklərdən hesab olunan Bruqada sindromu (BS) aşkarlanıb.

 Trend xəbər verir ki, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının müdir əvəzi İsax Mustafayev bildirib ki, şəxsi təcrübəsində Azərbaycanda iki ailədə bu sindromu müşahidə edib: "Bizə 18 yaşında gənc qız çox ağır bayılma epizodu ilə müraciət edib. Həmin qızda kliniki və laborator müayinələrdə patologiya aşkar olunmadığı, bayılma baş verdikdən sonra tez müddətə ayıldığı üçün ailəyə təsəlli verdim ki, qorxulu bir şey yoxdur. Bayılma halları təkrar olunarsa, onu uzadaraq ayaqlarını bir az yuxarı qaldırmaq bəs edər. Lakin atası bizə ciddi şəkildə xəbərdarlıq etdi ki, onun həyat yoldaşı 45 yaşında yuxuda ürəyi dayanaraq dünyasını dəyişib. Ötən il isə oğlan övladı 17 yaşında eyni səbəbdən yuxuda ölüb. Bundan sonra həmin qızın təkrar ürək elektrokardioqramına baxdıq. Bu zaman Bruqada sindromumun göstəricilərini müşahidə etdik. Həmin qıza müvafiq aparat taxdıqdan sonra ölüm halı baş vermədi".

İ.Mustafayev deyib ki, Bruqada sindromunun genetik olaraq nəsildən-nəslə keçərək müxtəlif həyati təhlükə aritmiyaları törədə bilir.

Onun sözlərinə görə, aritmiyalar ürək dayanması ilə bərabər, qəfləti ölümə səbəb olur.

 

İ.Mustafayev qeyd edib ki, Bruqada sindromu ürəkdə heç bir struktur patologiyası olmayan insanlarda müşahidə olunan anadangəlmə (birincili) kanalopatiyadır ki, autosom-dominant tip irsiyyətlə örtürülür. Onun sözlərinə görə, bu sindrom uşaqlıq yaşından başlayaraq özünü büruzə verə bilər və müalicə olunmadıqda xəstə 30-40 yaşlarında ölür: "Sindromun yayılmasının həqiqi göstəriciləri məlum deyil. Ümumi məlumatlara əsasən, Uzaq Şərqdə və Cənubi Şərqi Asiyada bu sindrom daha çox yayılıb. Onun sözlərinə görə, Bruqada sindromu izah olunmaz qəfləti ölümlərin 4-12 faizini təşkil edi. Strukturu normal ürəkdə baş verən qəfləti ölümün isə 20 faizinin əsas səbəbi bu sindromdur. Kişilərdə qadınlara nisbətən bu sindroma yoluxma 8-10 dəfə çox olur. Sindrom olan xəstələrdə dərman müalicəsindən geniş istifadə olunmur. Çünki bu patologiya zamanı ölümü ciddi azaldan dərman preparatı hələlik icad olunmayıb. Sindromun aradan götürülməsi üçün ən effektiv metod elektroimpuls terapiyası (EİT) hesab edilir. Əgər xəstənin anamnezində (tarixçəsində) qəfləti ölüm halı olubsa və ya tez-tez bayılmalar olursa, ona mütləq şəkildə implant olunan kardivertor defibrilyator (İSD) aparatı qoşulmalıdır. Bu müalicə üsulu Azərbaycanda uğurla icra olunur".


OXŞAR XƏBƏRLƏR

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...