Bu ərazidə qaz olmayacaq

Bu ərazidə qaz olmayacaq
Kateqoriya məlum deyil09.09.25, 05:06110 👁️
T

Sumqayıtın bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.

 

Bu barədə Sfera.az-a "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib.

 

Qeyd edilib ki, sentyabrın 9-da saat 11:00-dan etibarən, balans qovşaqlarında aparılan yenidənqurma işləri və tənzimləyici şkafın ləğv edilməsi ilə əlaqədar Sumqayıt şəhərinin 15-ci və 36-cı məhəllələrində qaz təchizatında məhdudiyyətlər olacaq. 

 

İşlər tamamlanana qədər ümumilikdə 1200 abonentin qaz təchizatı dayandırılacaq.

PAYLAŞ
Sehliyali
Yüklənir...