Bəzi ərazilərdə qaz olmayacaq

Cəmiyyət
20:11 / 31.07.2025
4097
Sabunçu rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonu ərazisindəki qaz kəməri üzərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar avqustun 1-i saat 10:00-dan etibarən "Yeni Zabrat" ölçü qovşağında qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Sabunçu rayonunun II Zabrat qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.