Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ

Cəmiyyət
22:04 / 16.07.2025
2368
Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq.
Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, iyulun 17-də Abşeron yarımadasında isti diskomfort hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.